CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Assosiasiya sədri Avrasiya məkanında Azərbaycana maraqdan danışır

Abunə olmaq
Rusiya ali məktəbləri məzunlarının Azərbaycan Assosiasiyasının sədri Üzeyir Əliyev deyir ki, Azərbaycan bir çox sahələrdəki fəaliyyətə evsahibliyi etmək imkanları yüksəkdir
Üzeyir Əliyev: “Avrasiyada Azərbaycana böyük maraq var”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat mərkəzində Bakıda Avrasiya Xalqları Assambleyası Günlərinin açılışına həsr olunan mətbuat konfransı keçirilib.

Rusiya ali məktəbləri məzunlarının Azərbaycan Assosiasiyasının sədri Üzeyir Əliyev deyir ki, Avrasiya Xalqları Assambleyası məqsədi Avropa və Asiya xalqları arasında əlaqələri gücləndirməkdir: “Azərbaycan Avrasiyanın mərkəzində yerləşir və ölkəmizə böyük maraq var. Azərbaycan bir çox sahələrdəki fəaliyyətə evsahibliyi etmək imkanları yüksəkdir. Ölkəmiz bu platformalarda özünü ən yaxşı şəkildə göstərir”.

Avrasiya Xalqları Assambleyası Böyük Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi və xalq diplomatiyasının alətləri vasitəsilə sülhməramlılıq, mədəni- humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsi, biznes tərəfdaşlığın inkişafı, yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi sahəsində aktiv fəaliyyət göstərir.

Üzeyir Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0