Rəşad Məcid

Rəşad Məcid beynəlxalq kitab yarmarkası barədə: hər dəfə böyük maraq doğurur

95
(Yenilənib 10:08 26.09.2019)
Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyir ki, Nəsimi ilindən istifadə edərək bir çox qurumlar ədəbiyyatın və kitabın təbliği istiqamətində addımlar atır
Rəşad Məcid: “Kitaba marağın artırılması baxımından xüsusi əhəmiyyəti var”

Sentyabrın 27-29-da Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarka Nəsiminin 650 illiyinə həsr olunub.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Sputnik Azərbaycan-a deyir ki, beynəlxalq kitab yarmarkası artıq 6-cı dəfədir Azərbaycanda keçirilir:

“Yarmarka hər dəfə böyük maraq doğurur. Kitaba marağın artırılması, mütaliə vərdişinin bərpa olunması baxımından bu yarmarkanın xüsusi əhəmiyyəti var. Nəsimi ilindən istifadə edərək bir çox qurumlar ədəbiyyatın və kitabın təbliği istiqamətində addımlar atır. Nəsimi ili ilə bağlı yaxın zamanlarda başqa bir beynəlxalq tədbir də keçiriləcək”.

Rəşad Məcidin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

95

Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”

60
(Yenilənib 09:52 26.10.2020)
TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, yumşalmalardan sonra təkrar artımın ola biləcəyi dəfələrlə qeyd edilib
Vasif Əliyev: “Elə edək ki, zabitlərimizi koronavirusa da düçar etməyək”

“Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik”. Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O bildirib ki, yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. “Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə mənfi təsir edə bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə keçilə bilər”.

Vasif Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

60
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

129
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

129
İşğaldan azad olunan Qubadlı şəhəri

Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntülərini yaydı

71
(Yenilənib 00:22 27.10.2020)
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı şəhərindən çəkilmiş möhtəşəm videogörüntünü ictimaiyyətə təqdim edib.

BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsünü yayıb.

Qeyd edək ki, Prezidenti İlham Əliyev oktyabrın 25-də "Twitter" hesabında yazdığı tvitdə Qubadlı şəhərinin Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildiyini bildirib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla Qubadlı şəhərindən çəkilmiş videogörüntünü təqdim edir.

71
Əlaqədar
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntüsü yayıldı
Qubadlının işğaldan azad olunan Xanlıq kəndindən möhtəşəm görüntülər - VİDEO