Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman şərhçisi: “Komandamız Dünya Çempionatında əsas hədəfə nail oldu”

Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, bu yarış dünya çempionatları tarixində ən yaxşı təşkil edilmiş yarışlardan biri idi
Sənan Şəfizadə: “Lisenziyaları uğrunda mübarizə çox gərgin keçdi”

Bakıda bədii gimnastika üzrə 37-ci Dünya Çempionatına yekun vurulub. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın yeddinci günündə qrup hərəkətləri komandaları final mərhələsində mübarizə aparıblar.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Bakıda keçirilən 37-ci dünya çempionatı möhtəşəm alındı:

“Bu yarış dünya çempionatları tarixində ən yaxşı təşkil edilmiş yarışlardan biri idi. Tokio 2020” Yay Olimpiya Oyunlarının lisenziyaları uğrunda mübarizə çox gərgin keçdi. Sevindirici hal odur ki, Azərbaycan komandası əsas hədəfə nail oldu. Azərbaycan ümumilikdə 3 mümkün lisenziyadan ikisini qazandı”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0