Zaur Məmmədov

Türkiyə siyasətində artan gərginlik ilə nəticələnəcək - politoloq danışır

139
(Yenilənib 13:02 20.09.2019)
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, Türkiyədə yeni yaradılmış partiya Ərdoğana rəqib deyil

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlunun daha bir yaxını AKP-dən ayrılıb. Davudoğlunun "sağ qolu" hesab edilən Musa Arat AKP-dən istefa verib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Türkiyədə AKP-dən istefa etmiş şəxslərin birləşməsi Ərdoğan və partiyası üçün ciddi maneələr yarada bilər: “Ümumilikdə isə yeni yaradılmış partiya Ərdoğana rəqib deyil. Çünki Türkiyə xalqı arasında Ərdoğanın reytinqi yetərincədir və bu ölkədə baş verənlər birbaşa Ərdoğanın adı ilə bağlıdır”.

Xatırladaq ki, iyulun 8-i Türkiyənin sabiq baş nazirinin müavini və xarici işlər naziri Əli Babacan qurucularından olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarından 18 il sonra istefa vermişdi.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

139