Rövşən Binnətli

İdman şərhçisi Bakıda keçirilən olimpiya lisenziyalı dünya çempionatından danışır

67
İdman şərhçisi Rövşən Binnətli deyir ki, Azərbaycan gözləniləndən də qat-qat artıq təşkilatçılıq etməyi bacarır

Bakıda, Milli Gimnastika Arenasında keçirilən 37-ci Bədii Gimnastika Dünya Çempionatının fərdi məşqlərində finala vəsiqə qazanan gimnastların mükafatlandırılma mərasimi keçirilib. Halqa ilə məşqlərdə rus gimnast Yekaterina Seleznyova kürsünün birinci pilləsinə qalxıb, ikinci yeri İsrail idmançısı Lina Aşram tutub, üçüncü yerə isə rusiyalı gimnast Dina Averina layiq görülüb.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi bu çempionatın 37-dən 33-ü Avropa ölkələrində keçirilib: “Bu, bədii gimnastikada köhnə qitənin dominantlığının göstəricisidir. Belə bir fonda  kimlərisə təəccübləndirmək çox çətindir. Əvvəlki yarış da göstərdi ki, Azərbaycan gözləniləndən də qat-qat artıq təşkilatçılıq etməyi bacarır. Sözsüz ki, bu yarışda Rusiya idmançıları çox güclüdürlər. Ancaq gimnastlarımızın olimpiya lisenziyalı bu yarışda çətin işin öhdəsindən gələcəyinə inanırıq. Yarış olimpiya lisenziyası qazandıracağı üçün təşkilatçıların üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan beynəlxalq federasiyanın Bakı seçimi təsadüfi sayıla bilməz”.

Qeyd edək ki, Azərbaycanın paytaxtında bədii gimnastika üzrə 37-ci dünya çempionatı sentyabr ayının 16-dan ayın 22-nə kimi keçirilir. Bakı yenidən 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edir.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

67