Şahlar Əsgərov

Təhsil Nazirliyi yanında İctimai Şura hansı işləri görəcək - ekspert açıqladı

109
(Yenilənib 15:52 13.09.2019)
Professor Şahlar Əsgərov deyir ki, yeni yaradılmış şura cəmiyyətlə nazirlik arasında körpü rolunu oynayacaq
Şahlar Əsgərov: “İctimai Şuranın qəbul edəcəyi qərarlar işgüzar olmayacaq”

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbitdə Təhsil Nazirliyi yanında yaradılmış İctimai Şuranın fəaliyyət istiqamətləri və planları mövzusunda tədbir keçrilib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Şahlar Əsgərov Sputnik Azərbaycan-a deyir ki, hazırkı təhsilimizdə aktual problemlər çoxdur:

“Təhsilin məzmunu ictimaiyyəti hər zaman narahat edir. Bizim bugünkü təhsilimiz keçmişdəkinin davamı deyil. Hazırki cəmiyyət üçün administrativ təhsilin tətbiqi mümkünsüzdür. Təhsil horizontal istiqamətdə cəmiyyətə qol-qanad atmalıdır. Bu şura da cəmiyyətlə Təhsil Nazirliyi arasında körpü rolunu oynayacaq. Şura cəmiyyətin fikir və düşüncələrini, təkliflərini toplayıb nazirliyə təqdim edəcək. İctimai Şura dövlət qurumu deyil və qəbul etdiyi qərarlar işgüzar yox, ritual olacaq. Yəni, qəbul etdiyi qərarlarla bağlı ictimaiyyəti və nazirliyi məlumatlandıracaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

109
Kinorejissor Elxan Cəfərov

Kinorejissor: “Filmimizin beynəlxalq festivalda iştirakı böyük qələbədir”

2
(Yenilənib 10:06 04.08.2020)
Kinorejissor Elxan Cəfərov deyir ki, Azərbaycan kinosu haqqındakı lazımi qərarların həyata keçirilməsinə ehtiyac var
Elxan Cəfərov: “Biz belə filmlərin sayını artıra bilərik”

Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi Venesiya beynəlxalq film festivalının “Qızıl şir” mükafatına iddialıdır.

Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan filminin belə bir festivalda iştirakını alqışlayır və bu, böyük bir qələbədir: “Bu təkcə filmin yaradıcı heyətinin deyil, bütün xalqımızın qələbəsidir. Filmimizin belə bir festivalda iştirakı onun peşəkar səviyyədə hazırlanmasından xəbər verir. Biz belə filmlərin sayını artıra bilərik. Bunun üçün Azərbaycan kinosu haqqındakı lazımi qərarların həyata keçirilməsinə ehtiyac var”.

Qeyd edək ki, Venesiya beynəlxalq film festivalı hər il sentyabrın 2-dən 12-dək Lido adasında keçirilir.

Elxan Cəfərovun geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz

2

Politoloq: “Avropa Amerikaya görə Çinlə münasibətlərini pozmaq istəmir”

12
(Yenilənib 00:43 03.08.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, Birləşmiş Ştatlar Çinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir
Fikrət Sadıxov: “Çinlə münasibətləri pozmaq Avropa ölkələrinin marağında deyil”

“ABŞ Pekinə qarşı sərtləşdirmə siyasətini bütün müttəfiqləri üçün uyğun hesab edir”. Bunu ABŞ dövlət katibi Maykl Pompeo deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, ölkələrin bir-birinə olan münasibətləri sərtləşdirmək və yumşaltmaq istəyi prioritetlərdən asılı olan məqamdır:

“ABŞ-ın Çinə qarşı sərt münasibəti göstərir ki, bu ölkə rəsmi Pekinin nə daxili, nə də xarici siyasətini qəbul etmək istəyir. ABŞ Çinin beynəlxalq münasibətlər sistemində tutduğu kursdan narazıdır. Amma bu, o demək deyil ki, ABŞ-ın müttəfiqləri də bu yolla getməlidirlər. Çin kimi bir güclə münasibətləri pozmağın hansısa Avropa ölkəsinin maraqları çərçivəsində olduğunu düşünmürəm”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Milli Məclis

Milli Məclis təcili toplaşır –  Deputatları məzuniyyətdən geri çağırıblar

0
(Yenilənib 11:34 04.08.2020)
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

BAKI, 4 iyul – Sputnik. Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.

Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün – avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclası keçiriləcək. Komitə iclaslarında 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə olunacaq. Avqustun 5-i, 6-ı və 7-də isə Milli Məclisin plenar iclasları keçiriləcək.

Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıblar.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

0