SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Türkiyə Suriyada daha böyük əməliyyat keçirməyə məcbur olacaq”

© Sputnik / Murad OrujovElxan Şahinoğlu
Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Suriyada ABŞ və Türkiyənin maraqları üst-üstə düşmür
Elxan Şahinoğlu: “ABŞ terrorçulara dəstək verir”

Sentyabr ayının sonuna qədər Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaradılması üzrə əməliyyat başlamazsa, Türkiyə Suriya ilə bağlı öz planını həyata keçirəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində deyib.

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə və ABŞ-ın Suriyadakı birgə fəaliyyəti müvəqqəti xarakter daşıyır: “Çünki ABŞ və Türkiyənin maraqları üst-üstə düşmür. Türkiyə Suriyanın daha dərinlərinə doğru irəliləyib PKK terrorçularının uzantılarını neytrallaşdırmaq istəyir. ABŞ isə terrorçuların uzantılarına dəstək verir. Düşünürəm ki, Türkiyə bir müddət sonra daha böyük əməliyyat keçirməyə məcbur olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0