SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əli Babayev: Gürcüstanın yeni baş naziri Azərbaycanın əhəmiyyətinı anlayır

© Photo : Oktay AbdullayevƏli Babayev
Əli Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
“Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının fəal üzvü olan Əli Babayev deyir ki, Azərbaycanın Gürcüstandan ötrü hansı əhəmiyyəti daşıdığını anlayırlar
Əli Babayev: “Azərbaycan Gürcüstanda ən vacib investordur”

Gürcüstan parlamenti keçmiş daxili işlər naziri Giorgi Qaxarianın başçılıq edəcəyi yeni hökumətə etimad göstərib. Səsvermədə 98 deputat yeni hökumətin lehinə səs verib.

“Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının fəal üzvü olan Əli Babayev Sputnik Azərbaycan-a deyir ki, Gürcüstanın yeni baş naziri ölkəsini sevir:

“O, bu vəzifəyə seçilənə qədər bir çox sahələrdə çalışıb. Yeni baş nazir Azərbaycanın Gürcüstandan ötrü hansı əhəmiyyəti daşıdığını anlayır. Azərbaycan Gürcüstanın inkişafında böyük rol oynayıb. Bunu Gürcüstanın yeni hökumət kabinetinin üzvləri də bilir. Azərbaycan Gürcüstanda ən vacib investordur. Bu ölkəyə milyardlarla investisiya qoyulub və bu davam etdirilir. Hazırda Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti əvvəlki dövrlərlə müqayisədə çox yaxşıdır. Gələcəkdə də əlaqələrimizin davam edəcəyinə inanırıq”.

Əli Babayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0