Azər Həsrət

KİV-in reklam gəlirləri niyə azalıb - media eksperti səbəbləri açıqladı

92
(Yenilənib 16:02 09.09.2019)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, reklam verənlər həmin KİV-lərdə reklamın effektiv olmadığını düşünürlər

Son 4 il ərzində Azərbaycanda kütləvi informasiya vasitələrində yayımlanan reklamdan gələn gəlirlərin həcmi 3 dəfədən çox azalıb, bu barədə Trend məlumat yayıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, reklam gəlirləri əsasən çap mediasında azalıb:

“Televizya və radioların reklam gəlirlərində ciddi azalmanı müşahidə etmirik. Xüsusən də televiziyaların reklam bazarı yetərincə intensivdir. Çap mediasında reklam gəlirlərinin azalması başadüşüləndir. Ümumiyyətlə, qəzet və jurnalların cəmiyyət içində populyarlığı aşağı düşüb. Ona görə də reklam verənlər həmin KİV-lərdə reklamın effektiv olmadığını düşünürlər”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

92