Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “BDU-nun yaranması Cümhuriyyət üçün önəmli idi”

93
(Yenilənib 10:21 09.09.2019)
Tarixçi Rizvan Hüseynov deyir ki, çar Rusiyası dövründə Azərbaycan əhalisini elmdən uzaq tutmağa çalışırdılar

Bakı Dövlət Universitetinin yaradılmasından 100 il keçir. Universitet 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir.

Tarixçi Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, AXC-nin elm, mədəniyyət, təhsil sahəsində ən böyük uğurlarından biri BDU-nun yaradılmasıdır:

“Universitetdə yaradılmış fakültələr o dövr üçün ən öndə gedən, strateji istiqamətlər idi. BDU-nun yaradılması AXC üçün önəmli idi. Çünki çar Rusiyası dövründə Azərbaycan əhalisini elmdən uzaq tutmağa çalışırdılar. XIX əsrin sonu XX əsrin əvvəlində xarici ölkələrin universitetlərində təhsil almış ziyalıların müstəqilliyimizi qazandıqdan sonra ilk addımı BDU-nun yaradılması oldu. Bu, bizim üçün həm xatirə, həm də nişanədir”.

Tarixçinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

93