Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Bakıda kirayə mənzillər ucuzlaşacaqmı - ekspert əmlak bazarındakı vəziyyətdən danışır

130
(Yenilənib 16:01 07.09.2019)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, köhnəlmiş mənzil fondunun böyük hissəsi söküldüyünə görə, bazarda təklif protfeli azalıb
Elnur Azadov: “Köhnəlmiş mənzillər minimum qiymətlərlə təklif olunurdu”

Yeni dərs ilinin başlaması ərəfəsində Bakıda kirayə mənzillərə tələb artıb.

Bakıda kirayə mənzil bazarındakı vəziyyət haqqında Sputnik Azərbaycan-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib ki, Bakıda köhnə binaların sökülməsi mənzil bazarına da təsirini göstərib:

“Sovetski adlanan ərazidə çoxlu sayda köhnəlmiş yaşayış fondunun sökülməsi bazara müsbət təsir göstərdi. Köhnəlmiş mənzillər bazarda minimum qiymətlərlə təklif olunurdu. Bunların böyük hissəsi söküldüyünə görə, bazarda təklif protfeli də azaldı. Bu proseslərin nəticəsi olaraq Bakının kirayə mənzil bazarında tələblər iki dəfə çoxaldı. Hazırda bazarda 30 faizə qədər artım müşahidə edilir. Əmlak fondu getdikcə müasirləşdiyi üçün yaxın zamanlarda qiymətlərin düşməyi gözlənilmir. Ancaq mənzil bazarında rəqabətin olması qiymətlərin sabitləşməsinə gətirib çıxaracaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

130
Mübariz Əhmədoğlu, politoloq

ABŞ demokratiyası rasizmə qalib gələ biləcəkmi politoloq şərhi

31
(Yenilənib 00:03 03.06.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir
Mübariz Əhmədoğlu: “Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir”

ABŞ Prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hökumətin bütün resurslarının səfərbərliyini elan edib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-da baş verənlərə təkcə bu günün hadisəsi kimi baxmaq doğru deyil: “ABŞ-ın tarixində hər zaman “ağlar” və “qara”ların qarşıdurması olub. Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir. Özünü demokratiyanın qoruyucusu və beşiyi adlandıran ölkədə belə proseslərin baş verməsi diqqət mərkəzindədir. Bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir. Bu isə hazırda ABŞ üçün çox qəliz vəziyyət yaradıb”.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

31
Politoloq İlqar Vəlizadə

Sosial şəbəkələrdə nəzarət tətbiq edilməlidirmi politoloq şərh edir

43
(Yenilənib 11:05 02.06.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirirlər
İlqar Vəlizadə: “Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir”

“Sosial şəbəkələr bir çox hallarda destruktiv qüvvələrin və qrupların məkanına çevrilib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, qapalı qruplarda dövlət əleyhinə fəaliyyətlər, bəzən də terror aktları planlaşdırılır:

“Bu baxımdan sosial şəbəkələrə nəzarətin gücləndirilməsi zəruridir. Bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirsələr də, bu belə deyil. Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir, amma senzurasız sosial şəbəkə yoxdur. Məhz sosial şəbəkələrin özü bir çox hallarda məhdudlaşmalar tətbiq edir. Düşünürəm ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləmək üçün müştərək tənzimləmə mexanizmləri yaradılmalıdır”.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncam imzalayıb.

Pilotoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

43
ABŞ-da etirazlar, arxiv şəkli

Xarici ölkədə yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

0
Ciddi şəkildə tövsiyə edirik ki, etiraz və kütləvi iğtişaşların baş verdiyi ərazilərdə fərdi sağlamlıq və təhlükəsizliyə yaranan təhdid və riskləri nəzərə alaraq, hazırda ABŞ-da olan Azərbaycan Respublikasının vətəndaşları həmin yerlərə getməkdən çəkinsin.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi bu ölkədəki vətəndaşlarımıza müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə bildirilir

"ABŞ-ın bir sıra şəhərlərində davam edən hadisələrlə əlaqədar ciddi şəkildə tövsiyə edirik ki, etiraz və kütləvi iğtişaşların baş verdiyi ərazilərdə fərdi sağlamlıq və təhlükəsizliyə yaranan təhdid və riskləri nəzərə alaraq, hazırda ABŞ-da olan Azərbaycan Respublikasının vətəndaşları həmin yerlərə getməkdən çəkinsin, iğtişaşların baş verdiyi ərazilərə səfərlərin nəzərdə tutulduğu təqdirdə belə səfərlərin təxirə salınması imkanını nəzərdən keçirsin və yaşadıqları ərazilərdə müvafiq yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının təyin etdiyi qaydalara, o cümlədən tətbiq edildiyi hallarda komendant saatına riayət etsin.

Ölkəmizin vətəndaşları ilə bağlı hər hansı bir hadisənin baş verdiyi təqdirdə Səfirliyin qaynar xəttinə məlumat verilməsi xahiş olunur. Qaynar xətt: 202 560 35 83", - məlumatda bildirilir.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb

0