Millət vəkili Fazil Mustafa

Millət vəkili yas mərasimləri haqda: şöhrətpərəstlik mərəzinin nümunəsidir

109
(Yenilənib 10:29 07.09.2019)
Millət vəkili Fazil Mustafa deyir ki, belə şeylər mədəni intibahı gözləməklə həll olunmur
Fazil Mustafa: “Məsələnin həll edilməməsində maraqlı tərəflərin çoxluğu çətinliklər yaradır”

Milli Məclisin payız sessiyasında “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsi müzakirəyə təqdim ediləcək. Layihəyə çox mühüm və olduqca maraqlı düzəlişlərin ediləcəyi bildirilir. Sosial şəbəkələrdə isə ən çox müzakirə olunan məsələ yas mərasimləri ilə bağlıdır.

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a deyir ki, cəmiyyətimizdə şöhrətpərəstlik mərəzinin nümunəsi olan yas mərasimlərinin qarşısını qanuni qadağalarla almaq olar: “Belə şeylər mədəni intibahı gözləməklə həll olunmur. Bu məsələnin qanunla tənzimlənməsi mədəni intibahın yaranmasına gətirib çıxaracaq. Ancaq hələlik qanun layihəsi yoxdur. Bu məsələnin həll edilməməsində maraqlı tərəflərin çoxluğu çətinliklər yaradır. Mövcud olan fikirlər həyata keçirilməlidir ki, insanların vəziyyəti yüngülləşsin”.

Xatırladaq ki, sözügedən qanun layihəsi ilə bağlı hələ 2018-ci ilin payız sessiyasında anons edilmişdi.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

109
Mübariz Əhmədoğlu, politoloq

ABŞ demokratiyası rasizmə qalib gələ biləcəkmi politoloq şərhi

30
(Yenilənib 00:03 03.06.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir
Mübariz Əhmədoğlu: “Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir”

ABŞ Prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hökumətin bütün resurslarının səfərbərliyini elan edib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-da baş verənlərə təkcə bu günün hadisəsi kimi baxmaq doğru deyil: “ABŞ-ın tarixində hər zaman “ağlar” və “qara”ların qarşıdurması olub. Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir. Özünü demokratiyanın qoruyucusu və beşiyi adlandıran ölkədə belə proseslərin baş verməsi diqqət mərkəzindədir. Bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir. Bu isə hazırda ABŞ üçün çox qəliz vəziyyət yaradıb”.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

30
Politoloq İlqar Vəlizadə

Sosial şəbəkələrdə nəzarət tətbiq edilməlidirmi politoloq şərh edir

43
(Yenilənib 11:05 02.06.2020)
Politoloq İlqar Vəlizadə deyir ki, bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirirlər
İlqar Vəlizadə: “Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir”

“Sosial şəbəkələr bir çox hallarda destruktiv qüvvələrin və qrupların məkanına çevrilib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, qapalı qruplarda dövlət əleyhinə fəaliyyətlər, bəzən də terror aktları planlaşdırılır:

“Bu baxımdan sosial şəbəkələrə nəzarətin gücləndirilməsi zəruridir. Bir çox hallarda insanlar nəzarətin gücləndirilməsini söz azadlığının məhdudlaşdırılması ilə eyniləşdirsələr də, bu belə deyil. Söz azadlığı sosial şəbəkələrin əsas prinsiplərindəndir, amma senzurasız sosial şəbəkə yoxdur. Məhz sosial şəbəkələrin özü bir çox hallarda məhdudlaşmalar tətbiq edir. Düşünürəm ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləmək üçün müştərək tənzimləmə mexanizmləri yaradılmalıdır”.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncam imzalayıb.

Pilotoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

43
Bakı məktəblərin birində, arxiv şəkli

Bu il Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlandı

0
(Yenilənib 15:25 03.06.2020)
Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BAKI, 3 iyun — Sputnik. "2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini isə 19736 nəfərin bitirməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İyunun 2-si saat 19:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43408 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır.

0