Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev

AKP parçalanacaqmı - politoloq Türkiyənin siyasi arenasında baş verənləri şərh edir

115
(Yenilənib 14:42 05.09.2019)
Politoloq Arzu Nağıyev deyir ki, bu qopmalar müsbət tendensiyaya doğru getmir
Arzu Nağıyev: “Qərb AKP-dən ayrılanları dəstəkləyir”

Türkiyə prezidenti Ərdoğanın lideri olduğu hakim AKP-nin Mərkəzi İdarə Heyəti qapalı toplantı keçirib. Ərdoğanın sədrliyi ilə 4 saat 40 dəqiqə çəkən toplantıda sabiq Baş nazir Əhməd Davudoğlu başda olmaqla, AKP-nin bir zamanlar fəal funksionerləri olan Ayxan Səfər Üstün, Abdullah Başçı və Səlcuq Özdağın partiyadan xaric edilməsi haqda qərar verilib.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, baş verənlər Türkiyədə yeni partiyanın yaranmasının baş tutacağını göstərir: “Baş verənlər AKP-nin parçalanmasına gətirib çıxarmayacaq. Bu qopmalar müsbət tendensiyaya doğru getmir. AKP-dən ayrılan bu şəxslərin hakim partiyaya qarşı koalisiya yaradıb rəqib ola bilərlər. Qərb AKP-dən ayrılanları dəstəkləyir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Konyada tərəfdarları qarşısında çıxış edən Ərdoğan Davudoğlunun partiyadan çıxarılacağının siqnalını vermişdi.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

115
İT mütəxəssisi Vahid Qasımov

İT mütəxəssisi: “5G-nin insan bədəninə ziyanından danışmaq əsassızdır”

110
(Yenilənib 11:44 04.07.2020)
İT mütəxəssisi Vahid Qasımov deyir ki, necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqqında belə nağıllar dolaşır
Vahid Qasımov: “Azərbaycanda 5G texnologiyasının sürətlə yayılması ehtimalı aşağıdır”

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

İT mütəxəssisi Vahid Qasımov Sputnik Azərbaycan-a deyir ki, 5G texnologiyası bizim gündəlik istifadə etdiyimiz mobil internet texnologiyalarının yeni versiyasıdır:

“Necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqıqnda belə nağıllar dolaşır. Bu texnologiyalarından istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar təfindən müəyyən qaydalar hazırlanır və ondan sonra tətbiq edilməyə başlanır. Ona görə də 5G-nin insan bədəninə hansısa ziyanından danışmaq hazırkı məqamda əsassızdır. Artıq 5G şəbəkələri dünyanın 20-25 ölkəsində aktiv şəkildə tətbiq edilir. Azərbaycanda isə 5G texnologiyasının sürətlə yayılma ehtimalı aşağıdır”.

Vahid Qasımovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

110
Sənan Şəfizadə

İdman şərhçisi: “Əcnəbi məşqçi millimizə fövqəl uğur qazandırmayacaq”

4
(Yenilənib 15:01 03.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur
Sənan Şəfizadə: “Oyunlar təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur”

“Roy Kinin gəlişi ilə bütün problemlərin həll olacağına əmin ola bilmərik”. Bunu Sputnik Azərbaycan-a idman şərhçisi Sənan Şəfizadə deyib.

O bildirib ki, Millətlər Liqasında uğurlu çıxışa ümidləndiyimiz üçün məşqçi axtarışı sürətlənib: “Əgər Millətlər Liqasının oyunları bu il üçün təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur. Əcnəbi məşqçi gələrsə, Azərbaycan futbolçularını tanımaq üçün ona ən azı bir il vaxt lazım olacaq. Hazırkı pandemiya şəraitində isə məşqçilərin oyunçu seçimi etmək üçün belə bir imkanı yoxdur. Hazırkı məqamda hər-hansı əcnəbi məşqçi Azərbaycan millisinə fövqəl bir uğur qazandırmayacaq. Futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur. Futbolçu yetişdirmək lazımdır”.

Qeyd edək ki, İngiltərənin “The Sun” nəşri “Mançester Yunayted” klubunun əfsanəvi futbolçularından sayılan Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğunu yazıb.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Rusiyada tibb işçiləri

Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

0
(Yenilənib 13:28 04.07.2020)
Rusiyada pandemiya yayılandan 10027 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8986 nəfər olub.

BAKI, 4 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6632 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 168 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 674515-ə çatıb. Rusiyada pandemiya yayılandan 10027 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8986 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 447 mini keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 11 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

0