Ruslan Maşurenko

Baş məşqçi cüdoçularımızın dünya çempionatındakı çıxışını şərh edir

49
(Yenilənib 15:21 04.09.2019)
Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ruslan Maşurenko deyir ki, idmançılarımız dünya çempionatında özlərini heç də pis göstərmədilər
Ruslan Maşurenko: “Təəssüf doğuran səhvlərimiz oldu”

“Düşünürəm ki, komandamız düzgün yoldadır və daha böyük uğurlara layiqdir”. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Ruslan Maşurenko komandamızın Tokioda keçirilən dünya çempionatında çıxışını şərh edərkən deyib.

“Düşünürəm ki, idmançılarımız dünya çempionatında özlərini heç də pis göstərmədilər. Yarışların nəticəsi deməyə imkan verir ki, komandamız yaxşı formadadır. Qeyd etməliyəm ki, təəssüf doğuran səhvlərimiz də oldu. Məsələn, Zelim Kotsoyev (100 kiloqramadək) özü istəmədən qadağan edilmiş fənd işlətdi. Bunu hakimlərlə söhbət zamanı onlar da təsdiq etdilər. Buna baxmayaraq, onu görüşdən kənarlaşdırdılar. Əgər ötən il keçirilən dünya çempionatı ilə müqayisə etsək, uğurlarımızın daha çox olduğu aydın görünər” - deyə baş məşqçi bildirib.

Ruslan Maşurenkonun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

49
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev

Turizmin bərpası üçün hansı işlər görüləcək - Fuad Nağıyev açıqladı

22
(Yenilənib 10:48 04.06.2020)
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyir ki, ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq
Fuad Nağıyev: “Xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”

“Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlara həsr olunan “Bərpaya doğru yol” videokonfransında deyib.

“Azərbaycan turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpası, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır. Post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”, – deyə Fuad Nağıyev bildirib.

Fuad Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

22
Mübariz Əhmədoğlu, politoloq

ABŞ demokratiyası rasizmə qalib gələ biləcəkmi politoloq şərhi

81
(Yenilənib 00:03 03.06.2020)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir
Mübariz Əhmədoğlu: “Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir”

ABŞ Prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hökumətin bütün resurslarının səfərbərliyini elan edib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-da baş verənlərə təkcə bu günün hadisəsi kimi baxmaq doğru deyil: “ABŞ-ın tarixində hər zaman “ağlar” və “qara”ların qarşıdurması olub. Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir. Özünü demokratiyanın qoruyucusu və beşiyi adlandıran ölkədə belə proseslərin baş verməsi diqqət mərkəzindədir. Bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir. Bu isə hazırda ABŞ üçün çox qəliz vəziyyət yaradıb”.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

81
Anna Popova, arxiv şəkli

Rospotrebnadzor-un rəhbəri: "Yeni pandemiya qaçılmazdır"

2
(Yenilənib 23:49 04.06.2020)
Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

BAKI, 4 iyun — Sputnik. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin rəhbəri (Rospotrebnadzor) Anna Popova yeni pandemiya qaçılmaz hesab edir. Bu barədə Sputnik Azərbaycan RBK-ya istinadən xəbər verir.

Popovanın sözlərinə görə, koronavirusla mübarizə təcrübəsi gələcək addımların alqoritmini araşdırmağa imkan verir.

O bildirib ki, yeni növ pandemiyanın meydana çıxması "bu və ya digər formada tamamilə aydındır". Popova əlavə edib ki, hələlik pandemiyanın kimə toxunacağı bəlli deyil, lakin ona reaksiya planı hazır olmalıdır.

Bir sutka ərzində Rusiyanın 84 regionunda 8536 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 178 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 432277-yə çatıb. Rusiyada pandemiya yayılandan 5215 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8972 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 195957-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,3 milyonu keçib, 380 mindən çox adam isə virus səbəbilə ölüb.

2
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?
Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı
Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir