Politoloq Ramiyə Məmmədova

Türkiyənin terrorla mübarizə əməliyyatlarına kimlər mane olur - politoloq şərhi

262
(Yenilənib 10:30 04.09.2019)
Politoloq Ramiyə Məmmədova deyir ki, terror qrupları ilə yanaşı, ona dəstək verən ölkələr də Türkiyənin qarşısına çıxır

Türkiyə Suriyada Fərat çayının şərqindəki terror yuvalarını məhv etmək qərarındadır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı deyib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycana-a deyir ki, terror qrupları sərhədlərinə yaxınlaşdığına görə, Türkiyə terrorla mübarizəyə başladı:

“Uzun zamandır Türkiyənin təhlükəsizlik zonasının yaradılması problemi var idi. Artıq Türkiyə bu problemi ABŞ-la həll edib. Türkiyə ilə birgə terrorla mübarizə aparan dövlətlərin ikili oyun oynamaları məsələsi də var. Bu da Türkiyə üçün böyük problemlərə gətirib çıxara bilər. Yəni belə desək, bu mübarizədə terror qrupları ilə yanaşı, ona dəstək verən ölkələr də Türkiyənin qarşısına çıxır”.

Qeyd edək ki, avqustun 7-də Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq barədə razılığa gəliblər.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

262