Hərbi ekspert Üzeyir Cəfərov

Ekspert Bakıda keçiriləcək hərbi təlim barədə: bizim üçün əlavə şansdır

102
(Yenilənib 15:03 01.09.2019)
Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, təlimlər Türkiyə, Azərbaycan və Gürcüstan hərbi qüvvələrinin döyüş hazırlığının təkmilləşdirilməsi məqsədi ilə keçirilir
Üzeyir Cəfərov: “Təlimlər döyüş hazırlığının təkmilləşdirilməsi məqsədi ilə keçirilir”

Sentyabrın 2-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayacaq. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, keçiriləcək təlimlər əvvəlkilərin davamıdır: “Təlimlər Türkiyə, Azərbaycan və Gürcüstan hərbi qüvvələrinin döyüş hazırlığının təkmilləşdirilməsi məqsədi ilə keçirilir. Bundan əvvəl də hər 3 ölkənin hərbçilərinin iştirakı ilə Türkiyədə təlimlər keçirilmişdi. Həmin təlimlər böyük əks-səda doğurmuşdu. Əvvəlki təlimlərin həm siyasi mənası var idi, həm də regionda baş verən prosesləri stabilləşdirici faktor olmuşdu. Bu təlimlər bizim döyüş hazırlığımızı yüksəltmək üçün əlavə şansdır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

102
İT mütəxəssisi Vahid Qasımov

İT mütəxəssisi: “5G-nin insan bədəninə ziyanından danışmaq əsassızdır”

115
(Yenilənib 11:44 04.07.2020)
İT mütəxəssisi Vahid Qasımov deyir ki, necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqqında belə nağıllar dolaşır
Vahid Qasımov: “Azərbaycanda 5G texnologiyasının sürətlə yayılması ehtimalı aşağıdır”

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

İT mütəxəssisi Vahid Qasımov Sputnik Azərbaycan-a deyir ki, 5G texnologiyası bizim gündəlik istifadə etdiyimiz mobil internet texnologiyalarının yeni versiyasıdır:

“Necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqıqnda belə nağıllar dolaşır. Bu texnologiyalarından istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar təfindən müəyyən qaydalar hazırlanır və ondan sonra tətbiq edilməyə başlanır. Ona görə də 5G-nin insan bədəninə hansısa ziyanından danışmaq hazırkı məqamda əsassızdır. Artıq 5G şəbəkələri dünyanın 20-25 ölkəsində aktiv şəkildə tətbiq edilir. Azərbaycanda isə 5G texnologiyasının sürətlə yayılma ehtimalı aşağıdır”.

Vahid Qasımovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

115
Sənan Şəfizadə

İdman şərhçisi: “Əcnəbi məşqçi millimizə fövqəl uğur qazandırmayacaq”

4
(Yenilənib 15:01 03.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur
Sənan Şəfizadə: “Oyunlar təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur”

“Roy Kinin gəlişi ilə bütün problemlərin həll olacağına əmin ola bilmərik”. Bunu Sputnik Azərbaycan-a idman şərhçisi Sənan Şəfizadə deyib.

O bildirib ki, Millətlər Liqasında uğurlu çıxışa ümidləndiyimiz üçün məşqçi axtarışı sürətlənib: “Əgər Millətlər Liqasının oyunları bu il üçün təxirə salınacaqsa, əcnəbi məşqçiyə ehtiyac yoxdur. Əcnəbi məşqçi gələrsə, Azərbaycan futbolçularını tanımaq üçün ona ən azı bir il vaxt lazım olacaq. Hazırkı pandemiya şəraitində isə məşqçilərin oyunçu seçimi etmək üçün belə bir imkanı yoxdur. Hazırkı məqamda hər-hansı əcnəbi məşqçi Azərbaycan millisinə fövqəl bir uğur qazandırmayacaq. Futbolumuzda tarix yazacaq, önəmli oyunlarda özünü göstərə biləcək futbolçu yoxdur. Futbolçu yetişdirmək lazımdır”.

Qeyd edək ki, İngiltərənin “The Sun” nəşri “Mançester Yunayted” klubunun əfsanəvi futbolçularından sayılan Roy Kinin Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğunu yazıb.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Dərsliklər, arxiv şəkli

Erkən nikahlarla bağlı mövzular dərsliklərə məqsədlə salınıb

0
(Yenilənib 13:33 04.07.2020)
"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Növbəti tədris ilindən etibarən erkən nikahlar və qohum nikahlarla bağlı dərsliklərə maarifləndirici material daxil ediləcək. Maraqlıdır, bunun effekti nə dərəcədə olacaq?

Bu barədə Sputnik Azərbaycan-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bunun heç bir faydasının olmayacağını vurğulayıb: "Burada auditoriya düzgün seçilməyib. Çünki erkən nikahları həyata keçirən şagirdlər deyil. Şagirdlər tərəfindən bu dərslərin nə dərəcədə mənimsənilməsi bunun həyata keçməsi demək deyil, yəni, bu erkən nikahdan qorunmaq deyil. Tutaq ki, şagird erkən nikahla bağlı materialı mənimsəyib. Bəs, valideyn? Bu səbəbdən də deyirəm ki, maarifləndiriləcək kütlə düzgün seçilməyib. Valideynin qonşusunda imkanlı biri olandan, atası başlıq pulunu alandan sonra nə olacaq?! Şagird valideynin fikrini dəyişə biləcəkmi".

"Baxın, erkən nikahlar restoranlarda qeydə alınır. Bəs, restoran sahibinin guya bundan xəbəri yoxdur?. Necə olur ki, bu gün maskaya görə cərimələr yazılır, amma erkən nikaha görə, kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Hər il Azərbaycanda 500-dək erkən nikah qeydə alınır, bəs buna görə məsuliyyət hanı, qeydə alınırmı?", - deyə K.Əsədov əlavə edib.

K.Əsədov bildirib ki, erkən nikahlar daha çox imkansız, çox qız uşaqlarının olduğu ailələrdə baş verir.

"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir. Yolda birinin ürəyi getsə, ilkin tibbi yardım göstərə biləcəksiniz? Yol hərəkəti qaydalarını hamı bilirmi? Məktəblər bunu öyrətməlidir. Məktəb insanı həyata hazırlamalıdır",- deyə ekspert əlavə edib.

0