SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Aİ ilə yeni saziş imzalayacaqmı - politoloq şərhi

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, əməkdaşlığımız strateji partnyorluq xarakteri daşıyır
Fikrət Sadıxov: “Yekun sənədin imzalanacağına şübhə etmirəm”

Avropa Komissiyası yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid edir. Bu barədə Avropa Komissiyasındakı mənbələr bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir: “Biz müxtəlif sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq strateji partnyorluq xarakteri daşıyır. Aramızda əsas məsələ Aİ ilə yekun sənədin imzalanmasıdır. Bununla bağlı olaraq biz düzəlişlərimizi etmişik və şərtlərimizi də irəli sürmüşük. Düşünürəm ki, D.Tuskun bu səfəri yekunda sənədin imzalanmasına gətirib çıxaracaq. Yaxın vaxtlarda yekun sənədin imzalanacağına şübhə etmirəm”.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə İttifaq ölkələri adından danışıqlar aparmağa mandat verib. Yeni saziş, Aİ və Azərbaycanın bu gün qarşılaşdığı ümumi məqsəd və problemlərin daha geniş şəkildə nəzərdən keçirilməsinə imkan yaradaraq 1996-cı il tərəfdaşlıq və əməkdaşlıq razılaşmasını əvəz etməlidir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0