Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert kollec təhsilinin keyfiyyəti barədə: əmək bazarının tələblərinə cavab vermir

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, ölkəmizdə təhsilin əlçatanlığı və əhatə dairəsinin genişləndirilməsi üçün islahatlar aparılmalıdır
Kamran Əsədov: “Kolleclərdə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilmir”

Avqustun 27-dən 9 illik bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 27-dən sentyabrın 2-dək aparılacaq.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki,  hazırda ölkəmizdə orta ixtisas təhsil müəssisələri və kolleclərdə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilmir: “Konkret göstəricilərə baxanda kollec məzunlarının keyfiyyət göstəricilərinin aşağı səviyyədə olduğu görünür: Kolleclərin məzunları əmək bazarının tələblərinə cavab vermirlər. Ona görə də onların işlə təminatı aşağı səviyyədədir. Ölkəmizdə təhsilin əlçatanlığı və əhatə dairəsinin genişləndirilməsi üçün islahatlar aparılmalıdır. Bir çox texniki ixtisaslar var ki, onlar üçün kadr hazırlığını peşə təhsil müəssisələrində həyata keçirmək daha məqsədəuyğun olardı”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0