Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Məktəbəqədər hazırlıq niyə vacibdir - ekspert izah edir

Abunə olmaq
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, layihənin tətbiq olunduğu məktəblərin, şagirdlərin sayının artmasını görürük
Məlahət Mürşüdlü: “Məktəbəqədər hazırlıq qruplarına maraq çox böyükdür”

Avqustun 26-sı saat 12:00-dan məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, məktəbəqədər hazırlıq qruplarına maraq çox böyükdür: “İlbəil bu tendensiyanın artmasını müşahidə edirik. Proqramların və təhsilin məzmununun yeni olması bunu tələb edir. Ona görə də məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bu qruplarda hazırlıq prosesi keçməsi çox vacibdir. Artıq beş ildir ki, bu qruplar açılıb. Layihənin tətbiq olunduğu məktəblərin, şagirdlərin sayının artmasını görürük”.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0