İqtisadçı-ekspert Fuad İbrahimov

Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə yeni dinamika gələcək - ekspert şərhi

159
(Yenilənib 10:58 22.08.2019)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Azərbaycanın iqtisadi layihələri Gürcüstanın inkişafına müsbət təsir göstərir
Fuad İbrahimov: “İqtisadi əlaqələr sərhədyanı ticarətin inkişafına şərait yaradır”

Bu ilin yanvar-iyul aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 600 597,6 min dollar təşkil edib. Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın reallaşdırdığı bütün böyük iqtisadi layihələr Gürcüstanın ərazisindən keçib:

“Bütün bunlar Gürcüstanın iqtisadi inkişafına müsbət təsir göstərir. Eyni zamanda, bu əlaqələr sərhədyanı ticarətin inkişafına şərait yaradır. Ümumilikdə isə bu, ölkələr arası ticarət dövriyyəsinin artımına şərait yaradır. Bu baxımdan, bundan sonra da ölkələr arasında əlaqələrin dinamik inkişafını pronozlaşdırmaq olar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

159
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla

AFFA rəsmisi Avro-2020 üçün hazırlıqlardan danışır

7
(Yenilənib 09:52 12.06.2021)
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyir ki, Bakı Olimpiya Stadionunda 30 mindən bir qədər çox azarkeş oyunları izləyə biləcək
Firuz Abdulla: “Azarkeşlərin stadiona daxil olması məhdudiyyətlərlə həyata keçiriləcək”

“Avro-2020 üçün hazırlıq işləri tam gücü ilə davam etdirilir. Yerli əməliyyat qrupu və AFFA oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün işləri görür”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar olaraq azarkeşlərin stadiona daxil olması müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək: “Bakı Olimpiya Stadionunda 30 mindən bir qədər çox azarkeş oyunları izləyə biləcək. Mayın 15-dən etibarən oyunlara bilet satışı bərpa olunub. Proses hələ də davam edir. Azarkeşlərin stadiona rahat gəlməsini təmin etmək üçün iki ekspress marşrut xətti fəaliyyət gösətərəcək. Oyunun başlamasına üç saat qalmış bu marşrutlar fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Firuz Abdullanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7

Beynəlxalq qurumlar mina xəritələrini ermənilərdən tələb etsin - Zamin Zeynal danışır

14
(Yenilənib 14:36 11.06.2021)
Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal deyir ki, peşə fəaliyyətini icra edərkən iki dəyərli jurnalsitimiz həlak oldular
Zamin Zeynal: ““Minasız Qarabağa gedək” aksiyası funksiyasını davam etdirəcək”

“Bu gün Azərbaycan ərazilərində yerləşən sülhməramlı qüvvələrə baxmayaraq ermənilər  cinayətlər törədirlər”. Bunu Sputnik Azərbaycan Multimadia Mətbuat Mərkəzində keçirilən tədbirdə Vətən Müharibəsi Əlillərinə Yardım İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal deyib.

O bildirib  ki, ermənilər bölgədə basdırdıqları minalarla pərakəndəlik yaratmağa, peşə fəaliyyətini yerinə yetirən insanlara mane olmağa çalışırlar: “Sonuncu belə hadisədə peşə fəaliyyətini icra edərkən iki dəyərli jurnalistimiz həlak oldular. Bu hərəkətlər qəbul edilməzdir və bu yöndə “Minasız Qarabağa gedək” aksiyası funksiyasını davam etdirəcək. Aksiya çərçivəsində 10 dildə bəyanat yayımlanacaq. Bizim beynəlxalq qurumlardan istəyimiz odur ki, Azərbaycan ərazilərində basdırılmış minaların xəritəsi ermənilərdən tələb edilsin”.

Zamin Zeynalın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0