Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert mənzil bazarındakı vəziyyət barədə: son 2 ildə bu evlərə maraq azalıb

© Sputnik / Fuad HasanovƏmlak eksperti Nüsrət İbrahimov
Əmlak eksperti Nüsrət İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, həm ilkin, həm təkrar mənzil bazarında sabit struktur ilə isə qiymət artımı müşahidə olunur
Nüsrət İbrahimov: “Bazarda əsas alıcı kontingenti az və orta təminatlı ailələrdir”

“2018-ci ildə isə həm təkrar mənzil bazarında, həm də ilkin mənzil bazarında qiymət artımı müşahidə etmişdik. Amma qiymət artımı daha çox ilkin mənzil bazarında müşahidə edilmişdi”. Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri AzərTac-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, bu il ilkin mənzil bazarında qiymətlərdə bir qədər geriləmə müşahidə edilir ki, öz əvvəlki mövqeləri bərpa olunsun: “2018-ci ildə intensiv qiymət artımı bazarda alıcı kütləsini bu seqmentdən küsdürmüşdü. Ona görə də, ilkin mənzil bazarında xüsusən tikinti şirkətləri satışın həcmini artırmaq üçün qiymətlərdə müəyyən güzəştlərə getməli olurlar. Həm ilkin, həm təkrar mənzil bazarında sabit struktur ilə isə qiymət artımı müşahidə olunur. Bu onunla bağlıdır ki, 2011-2017-ci illərdən fərqli olaraq son 2 ildə bu bahalı, elit, VİP evlərə alıcıların marağı azalıb. Son illərdə belə evlərin tikintisi də nəinki azalma qeydə alınıb, hətta sıfıra enib. Tikinti şirkətləri bahalı mənzillərin tikintisində maraqlı deyillər. Çünki onlar artıq başa düşürlər ki, bazarda bu gün əsas alıcı kontingenti az və orta təminatlı ailələrdir. Onlar da daha çox bank krediti ilə bu mənzilləri almağa üstünlük verirlər. Kim ki, bahalı mənzil almaq iqtidarındadır onların artıq mənzilləri var”.

Qeyd edək ki, 2019-cu ilin iyununda Bakının təkrar mənzil bazarında qiymətlər keçən ilin eyni dövrü ilə müqayisədə 1,88 faiz artıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0