Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İstismarı qadağan edilmiş avtomobillər Azərbaycana idxal oluna bilərmi – ekspert şərhi

Abunə olmaq
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, Rusiyada avtomobillərin hansı meyarlar əsasında dövriyyədən çıxarılacağını bilməliyik
Azər Allahverənov: “Belə avtomobillərin ölkəyə idxalının qarşısını ala bilərik”

Rusiya Dövlət Duması köhnə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsini təklif edib. Sözügedən təklifdə hansı avtomobillərə sanksiyalar tətbiq ediləcəyi dəqiqləşdirilməyib.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, Rusiyada belə bir prosesin getdiyi məqamda bu məsələni xüsusi nəzarətdə saxlamaq lazımdır:

“Biz Rusiyada avtomobillərin hansı meyarlar əsasında dövriyyədən çıxarılacağını bilməliyik. Çünki, burada iki meyar tətbiq oluna bilər. Birincisi, avtomobilin istehsal ili, ikincisi isə istismara yararsızlığı əsas götürülə bilər. Biz birinci meyarla bağlı müəyyən mənada özümüzü sığortalaya bilmişik. İstənilən halda bizim əlimizdə müəyyən vasitələr var. Prosesi nəzarətdə saxlaya bilsək, istismarı qadağan edilmiş avtomobillərin ölkəyə idxalının qarşısını ala bilərik”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0