Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti

Dövlət qurumlarının saytlarında vəziyyət necədir - ekspert şərhi

141
(Yenilənib 11:55 14.08.2019)
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, qanunvericilikdə bəlli informasiyalar var ki, dövlət qurumu məcburən onu açıqlamalıdır
Osman Gündüz: “Xeyli sayda dövlət qurumunda informasiya açıqlığı göstəricisi aşağıdır”

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dövlət qurumlarının internet resurslarının fəaliyyətini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, aparılan monitorinqlərin nəticəsi göstərir ki, dövlət qurumları qanunvericilikdə nəzərdə tutulan informasiyaların internet resurslarında yerləşdirilməsinə çalışırlar: “Yəni informasiya açıqlığı göstəricisi artmağa doğru gedir. Qanunvericilikdə bəlli informasiyalar var ki, dövlət qurumu məcburən onu açıqlamalıdır. Biz bunu informasiyanın keyfiyyəti, kəmiyyəti və əlçatımlığı baxımından qiymətləndiririk. Ancaq onu demək lazımdır ki, bu sahədə də dövlət qurumları arasında ciddi bərabərsizlik var. Xeyli sayda dövlət qurumunda informasiya açıqlığı göstəricisi aşağıdır”.

Qeyd edək ki, Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib. Qərarla Reyestrin bölmələrinə “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.

Osman Gündüzün geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

141
İqtisadçı ekspert Fuad İbrahimov, arxiv şəkli

Ekspert: "Dövlət şirkətlərinə qoyulan investisiyaların səmərəliliyi suallar yaradır"

6
(Yenilənib 10:27 12.08.2020)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq
Fuad İbrahimov: “İnvestisya Holdinqi şəffaflığı təmin edəcək”

Dövlət şirkətləri, elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bəzi dövlət şirkətlərinin fəaliyyətində şəffaflıq müşahidə olunmur və illərdir qoyulan investisiyaların səmərəliliyi suallar yaradır:

“Ümidvaram ki, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə belə şirkətlərdə şəffaflığın təmin olunması mümkün olacaq. Maliyyə dövriyyəsində şəffaflığın təmin edilməsi gələcəkdə lazımsız və arzuolunmaz xərclərdən azad olmağa şərait yaradacaq. İndiki şəraitdə belə bir holdinqin yaradılması məqsədəuyğundur”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6
Adil Qeybulla, həkim

Professor: “İkinci dalğanın ağır fəsadlar yaradacağı proqnozlaşdırılmır”

25
(Yenilənib 20:34 10.08.2020)
Professor, həkim Adil Qeybulla deyir ki, sərt karantin qaydaları tətbiq olunmaqla bütün sosial həyat fəaliyyət göstərməlidir
Adil Qeybulla: “Payızada digər xəstəliklərin ortaya çıxması çətinliklər yaradacaq”

“ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər”. Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Professor, həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, gərək bir dalğa sönsün, daha sonra hadisələrin dinamikasını müşahidə edə bilək:

“Azərbaycanda virusla mübarizə spesifik aparılır. Birinci karantinin ləğvindən sonra qaydalara riayət edilməməsinin nəticələrini indi görürük. Artıq virusun ikinci dalğası ilə bağlı Avropada müzakirələr başlayıb. Amma nəzərə alınmalıdır ki, virus zəifləyib, xeyli mutasiyaya uğrayıb. Ona görə də ikinci dalğanın ağır fəsadlar yaradacağı proqnozlaşdırılmır. Sərt karantin qaydaları tətbiq olunmaqla bütün sosial həyat fəaliyyət bərpa edilməlidir. Payızda digər xəstəliklərin ortaya çıxması çətinliklər yaradacaq”.

Adil Qeybullanın geniş şərhinə aduiofaylda qulaq asa bilərsiniz

25
Şuşa, arxiv şəkli

Qarabağın adıyla halal pul qazanmaq olar - gərək başı da, ürəyi işlədəsən

0
(Yenilənib 10:55 12.08.2020)
Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

BAKI, 12 avqust — Sputnik. Qarabağ həqiqətlərinin beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi müsbət rolu nəzərə alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ müharibəsinin yaşatdığı insan faciələrinin tam dolğunluğu ilə, realistik əksinin vacibliyini qeyd edərək, Azərbaycan Kinematoqrafçılar İttifaqı "Qarabağ. İnsan. Qələbə" tammetrajlı bədii film ssenarisi müsabiqəsi elan edir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, müsabiqənin şərtləri belədir:

- Müsabiqəyə təqdim edilən ssenarinin janrından asılı olmayaraq, Qarabağ müharibəsinin insan taleyi, onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli, həm də xarici tamaşaçıya maraqlı olması arzuolunandır.

- Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari 22 noyabr 2020-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Həsən Seyidbyli 18.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.

- Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

- Baş mükafat 5000 AZN.

- Həvəsləndirici mükafat (2 ssenari) 2500 AZN.

Qalib ssenari istehsalı məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: info@aki.az

0
Əlaqədar
Qarabağlılar Kann Festivalının təşkilatçılarına etiraz edirlər
Amerikada Azərbaycan həqiqətləri: Qarabağa aid film mükafat aldı - VİDEO
Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq
Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
Onun ürəyi Qarabağın "Fəryad"ına dözmədi