Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Fotoqraf Azərbaycan fotojurnalistikası haqqında: soyuq münasibət var

© Sputnik / Nigar IskanderovaРауф Умудов
Рауф Умудов - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin üzvü Rauf Umudov deyir ki, saytlardan başqa hər hansı yerdə peşəkar fotoqraflara ehtiyyac duyulmur
Rauf Umudov: “Tənəzzülü hiss edən fotoqraflar bu sahədən bir qədər kənarlaşıb”

Bu gün “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycanın məşhur fotomüxbirləri milli fotojurnalistika və fotoqrafiya sənətində hadisə yerindən operativ fotoreportajları hazırlamaq və dərc etməyin ən effektiv yolları mövzusunda müzakirə aparıblar.

Tədbirdə çıxış edən Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin üzvü Rauf Umudov deyib ki, fotoqrafiya sənətinin tənəzzülünü hiss edən fotoqraflar bu sahədən bir qədər kənarlaşıb: “Bizim üçün fotoqrafiya sənətinin inkişafı və fotonun dəyəri əsas meyardır. Bu gün saytlardan başqa hər hansı yerdə peşəkar fotoqraflara ehtiyyac duyulmur. Fotojurnalistikaya diqqət azlığı və soyuq münasibət müşahidə edilir”.

Rauf Umudovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0