Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kinorejissor: “Çalışırıq keçmişdən gələn kino ənənələrimizi davam etdirək”

© Photo : Facebook / xalerikusKinorejissor Elxan Cəfərov
Kinorejissor Elxan Cəfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Kinorejissor Elxan Cəfərov deyir ki, yaxın 5-10 il ərzində Azərbaycan kinosu dünya miqyasında öz sözünü deyə biləcək
Elxan Cəfərov: “Cəmiyyət quruculuğunda kinonun əvəzsiz rolu var”

Bu gün Azərbaycan kinosunun yarandığı gündür.

Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan kinosu mədəniyyətimizin böyük bir hissəsidir: “Kinomuz neçə-neçə nəsilləri tərbiyələndirib, insanların həyat istiqamətlərini təyin edib. Kino ən sosial sənət növlərindəndir. Cəmiyyət quruculuğunda kinonun şübhəsiz və əvəzsiz rolu var. Biz çalışırıq keçmişdən gələn kino ənənələrimizi davam etdirək. İnanıram ki, yaxın 5-10 il ərzində Azərbaycan kinosu dünya miqyasında öz sözünü deyə biləcək”

Qeyd edək ki, 1898-ci il avqustun 2-də Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film (“İlişdin”) nümayiş olunub.

Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0