Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və Həyat Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov

Ekspert Şəkinin Ümumdünya İrs Siyahısına salınmasının turizmə təsirlərini açıqladı

144
(Yenilənib 10:32 15.07.2019)
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, bu hadisənin UNESCO səviyyəsində edilməsi Şəkini turizm şirkətlərinin xüsusi diqqət sahəsinə daxil edəcək
Azər Allahverənov: “Turizm potensialının qaldırılması üçün çoxlu işlər görülməlidir”

“Şəkinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması olduqca vacib hadisədir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

Azər Allahverənov bildirib ki, bu addım Şəkinin ümumbəşəri mədəniyyət incisi olduğunu təsdiqləyən hadisədir: “Bu vaxta qədər bütün resurslarımızı sərf edib, tarixi yerlərimizi beynəlxalq müstəvidə tanıtmağa çalışırdıq ki, bu yerlərə turist axını baş versin. İndi bu hadisənin UNESCO səviyyəsində edilməsi Şəkini turizm şirkətlərinin xüsusi diqqət sahəsinə daxil edəcək. Əminəm ki, turizmin inkişafına təsirini biz növbəti ilin yekun hesabatında şahid olacağıq. Bununla paralel olaraq, Şəki şəhərinin turizm potensialının qaldırılması üçün çoxlu işlər görülməlidir”.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

144
Kamran Əsədov

Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”

139
(Yenilənib 08:52 28.09.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ali təhsil haqqında qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir
Kamran Əsədov: “Ali təhsil pilləsində ciddi boşluqlar var”

Sentyabrın 21-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçirilib. İclasda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi  qrupun tərkibinə dəyişiklik müzakirə və təsdiq olunub. Komitənin sədri Bəxtiyar Əliyev  qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin  keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsilin ayrı-ayrı pillələri üçün qanun qəbul edilməsi zəruridir: “Bununla həmin pillələrin idarə mexanizmi, maliyyələşmə məsələləri müəyyən edilir. Ali təhsil pilləsində ciddi boşluqlar var. Bu da özünü bir çox istiqamətlərdə göstərir. “Ali təhsil haqqında” qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir. Bu həm də ali təhsil pilləsində keyfiyyətin, rəqabətliliyin artmasına, ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

139
Müslüm İbrahimov

Professor: “TAP Cənubi Avropanı vacib geosiyasi məkana çevirir”

100
(Yenilənib 10:09 27.09.2020)
Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov deyir ki, layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar
Müslüm İbrahimov: “İri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər”

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub. Bunu TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, TAP-ın reallaşması Trans-Adriatik regionuna diqqəti arıtırıb: “Bu layihə Cənubi Avropanı vacib geosiyasi məkana çevirə bilər. Artıq iri dövlətlər bu layihəyə xüsusi maraq göstərirlər. Bunun nəticəsi olaraq regionda müəyyən problemlər ortaya çıxa bilər. Layihəyə daxil olan region ölkələri iqtisadi və enerji müstəqilliyinə nail olurlar. Bu da onları Avropa Birliyindən yardım qəbul edənlər siyahısından çıxaracaq”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz 

100
Cəbhə bölgəsində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev, arxiv şəkli

MN: Ermənistan Goranboy rayonunu atəşə tutub

0
(Yenilənib 19:33 28.09.2020)
AR Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: "Düşmən Goranboy rayonu ərazisini atəşə tutub".

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Goranboy rayonu ərazisini atəşə tutub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur.

Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

0