Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev

Politoloq Tuskun səfərindən danışdı: Avropa Azərbaycana böyük maraq göstərir

83
(Yenilənib 10:11 12.07.2019)
Politoloq Arzu Nağıyev deyir ki, Azərbaycan Avropaya inteqrasiya olunmaq üçün mühüm addımlar atır

“Azərbaycan özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atıb”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk iyulun 9-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Tuskun Bakıya səfəri əhəmiyyətli hadisədir:

“Avropa İttifaqı və Azərbaycan arasında davamlı inkişaf edən proseslər gedir. Azərbaycan Avropaya inteqrasiya olunmaq üçün mühüm addımlar atır. Avropa anlayır ki, Azərbaycan onların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətdir. Bu baxımdan Avropa Azərbaycana böyük maraq göstərir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

83