Azad Rzayev

Professor: "Şəkinin İrs siyahısına salınması Azərbaycana imtiyazlar qazandıracaq"

99
(Yenilənib 18:29 11.07.2019)
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Azad Rzayev deyir ki, bu addım Xan Sarayının qorunmasına, həmçinin ölkəmizə gələcək turistlərin sayında artıma səbəb olacaq
Azad Rzayev: “Hökumətimiz bu istiqamətdə işləri davam etdirməlidir”

“UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması tarixi hadisədir”. Bunu Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Azad Rzayev deyib.

Professor bildirib ki, bu hadisə Azərbaycan dövlətinin bu istiqamətdə apardığı işləri göstərir: “Bu, ikinci belə bir addımdır. Şəkinin İrs siyahısına salınması Azərbaycana bir sıra imtiyazlar qazandıra bilər. İlk növbədə, Xan Sarayının qorunmasına, həmçinin ölkəmizə gələcək turistlərin sayında artıma səbəb olacağını düşünürəm. Bizim belə abidələrimiz çoxdur və hökumətimiz bu istiqamətdə işləri davam etdirməlidir”.

Azad Rzayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

99

Ekspert: “AQTA şəffaflığın təmin edilməsi üçün bu amili nəzərə almalıdır”

21
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, standartlara uyğun olmayan yerlər bağlanmamalı, dövlət dəstəyi ilə qanuna uyğun şəkildə fəaliyyət göstərə bilməlidir
Eyyub Hüseynov: “Biznes qurumlarının fəaliyyət göstərməsinin tərəfdarıyıq”

AQTA əməkdaşları tərəfindən 21 may-05 iyul 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 876 turizm və otelçilik, 7 099 ictimai iaşə obyekti, 9 023 ərzaq satışı mağazası olmaqla ümumilikdə 16 998 müəssisədə reydlər keçirilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, pandemiya şəraitində AQTA-nın apardığı reydlər çox vacibdir:

“Təəssüf ki, reydlərə jurnalistlər və QHT-lər cəlb edilmir. Şəffaflığın təmin olunması baxımından bu amil önəmlidir. AQTA işini elə qurmalıdır ki, standartlara uyğun olmayan yerlər bağlanmasın, dövlət dəstəyi ilə qanuna uyğun şəkildə fəaliyyət göstərə bilsinlər. Biz biznes qurumlarının fəaliyyət göstərməsinin tərəfdarıyıq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

Millət vəkili: “Yeni dəstək mexanizmlərinin tətbiqinə zərurət yaranıb”

94
(Yenilənib 10:57 09.07.2020)
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyir ki, ümumi yanaşma postpandemiya dövründə sürətli inkişaf mərhələsinə keçməkdir
Tahir Mirkişili: “Onlayn kreditlərin verilməsi yaranmış iqtisadi şəraitin reallığıdır”

“Pandemiyanın iqtisadiyyata vurduğu zərərin ölçülməsi ilə bağlı həm dünyada, həm də Azərbaycanda müxtəlif təhlillər aparılır. Bu ilin 5 ayı ərzində xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən məhdudlaşdırıcı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı itki ilə üzləşib, ümumi daxili məhsul 1,7 faiz azalıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AzərTAC-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

“Bu o deməkdir ki, iqtisadiyyatda zərərlə üzləşmiş bir çox sahələrdə yeni dəstək mexanizmlərinin tətbiqinə zərurət yaranıb. Ümumi yanaşma postpandemiya dövründə sürətli inkişaf mərhələsinə keçməkdir. İndiki halda sahibkara verilən kreditlərin elektron sistem üzərindən qurulması, onlayn kreditlərin verilməsi yaranmış iqtisadi şəraitin reallığıdır. Kredit resurslarının əlçatan olması Azərbaycan dövlətinin hər zaman ciddi əhəmiyyət verdiyi mühüm məsələlərdən olub. Dövlət bu istiqamətdə indiyədək 2 milyard manatdan çox vəsait xərcləyib”.

Tahir Mirkişilinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

94
Əlaqədar
Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil
Azərbaycanda və dünyada elektrik enerjisi - iyirmi il sonra bizi nə gözləyir
Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"
Mərkəzi Bankda valyuta ehtiyatları ilə nə baş verir?
Dövlətlə yarıbayarı "şərik": kredit sel kimi axacaq
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

0
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

0
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər