Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Vaxtı keçmiş məhsulların etiketi dəyişdirilib, yenidən satılır - Eyyub Hüseynov danışır

85
(Yenilənib 16:26 11.07.2019)
“Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov deyir ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün istifadə olunan gübrələr insan sağlamlığına təhlükə yaradır

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində mövsümi qida məhsulları və bu sahədə mövcud vəziyyətlə bağlı tədbir keçirilib.

“Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyib ki, hazırda mövsümi qida məhsulları ilə bağlı çoxsaylı istehlakçı zəngləri qəbul edirlər:

“Əhali müxtəlif ərzaqlarla bağlı narahatlıq keçirir. Biz bilirik ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün müxtəlif gübrələrdən istifadə olunur. Məhsulların təkibindəki bəzi gübrələr insan həyatına mənfi təsir göstərir. Bu gün təhlükəli qida ilə bağlı ciddi məsələlərdən biri vaxtı keçmiş məhsulların sonrakı taleyidir. Bizdə olan məlumatlara görə, distribütorlar vaxtı keçmiş məhsulların etiketini dəyişdirib yenidən istehsalçılara təqdim edirlər. Bu məsələnin həlli üçün yollar tapılmalıdır”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

85