Professor Anar İsgəndərov

Professor diplomatiyamızın ən böyük uğurundan danışdı: AXC nəyi bacardısa etdi

96
(Yenilənib 10:16 11.07.2019)
Tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ probleminin həlli üçün göstərdiyi fəaliyyət təqdir olunmalıdır

Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə bir sıra şəxslər təltif ediliblər.

Tarix elmləri doktoru, professor Anar İskəndərov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan diplomatiyasının əsasını Azərbaycan Xalq Cümhuriyyəti qoyub:

“Cümhuriyyət öz dövründə nəyi bacardısa etdi. Onun ən böyük uğuru isə Paris Sülh konfransının ali şurasında Azərbaycanın de-fakto müstəqilliyinin tanınması oldu. AXC dövründə olduğu kimi, bu gün də Azərbaycanın əsas problemi Dağlıq Qarabağdır. O baxımdan, bu gün Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ probleminin həlli üçün göstərdiyi fəaliyyət təqdir olunmalıdır”.

Professor Anar İskəndərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

96