Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi Şəkinin UNESCO-nun Ümumdünya İrs siyahısına salınmasının önəmindən danışır

73
(Yenilənib 00:26 10.07.2019)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Azərbaycan bu siyahıya salınması üçün 10 obyekt təklif etmişdi
Rizvan Hüseynov: “Şəkinin siyahıya salınması turizmin inkişafına töhfə verəcək”

Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın Şəki şəhəri ilə bağlı irəli sürdüyü nominasiyaya baxılıb. Şəkinin Dünya İrs Siyahısına salınması ilə bağlı keçirilən müzakirələrdə Şəki Xan Sarayı və tarixi məkanlarının vəziyyəti qiymətləndirilib. Müzakirələrin sonunda irəli sürülən nominasiya qəbul edilib.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan bu dəfə siyahıya iki obyekt təklif etmişdi:

“Azərbaycan çalışır ki, bu siyahıya daha çox tarixi obyektlərin daxil edilməsinə nail olsun, nəinki dini obyektlərin. Qonşularımız isə daha çox kilsələrin siyahıda olmasına çalışır. Şəkinin siyahıya salınması prosesi 2001-ci ildən başlayıb. Azərbaycan bu siyahıya salınması üçün ümumilikdə 10 obyekt təklif edib. Onların arasında işğal olunmuş Şuşa şəhəri də var. Şəkinin siyahıya salınması ölkəmiz üçün önəmli hadisədir və bu, turizmin inkişafına böyük töhfə verəcək”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

73
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

2
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov

Ekspert: “Pandemiya şəraitində Təhsil Nazirliyinin işi mükəmməl təşkil edilib”

8
(Yenilənib 10:38 13.07.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, nazirlik pandemiyanın ilk dövrlərindən etibarən operativ şəkildə alternativləri təqdim etdi
İlqar Orucov: “Müəllimlərin fədakarlığı qiymətləndirilməlidir”

İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib. “Microsoft Teams” onlayn platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1700-dən artıq müəllim və təhsil işçisi qatılıb.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, pandemiya şəraitində Təhsil Nazirliyinin işlərini mükəmməl təşkil etdiyini düşünür: “Nazirlik pandemiyanın ilk dövrlərindən etibarən operativ şəkildə alternativləri təqdim etdi. Bu fəaliyyətdə təhsil ictimaiyyətinin rolu gözə görünməsə də, müəllimlərin dərsləri tədris etmək üçün göstərdikləri fədakarlıq qiymətləndirilməlidir”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8