Adil Qeybulla, həkim

Çirklənmiş çimərlikdə hansı xəstəliyə tutula bilərsiniz həkim məsləhətinə əməl edin

217
(Yenilənib 09:57 08.07.2019)
Həkim Adil Qeybulla deyir ki, çimərliklərdə suyun koli-titrinin normasına nəzarət edilməlidir
Adil Qeybulla: “Dövlətin müvafiq strukturları nəzarəti gücləndirməlidir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.

Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, çimərliklərdə sanitar-gigiyenik tədbirlər görülməlidir:

“Suda bağırsaq çöplərinin miqdarı təyin edilməlidir. Əslində dəniz suyunun koli-titri az olur. Buna baxmayaraq, istənilən çimərliklərdə suyun koli-titrinin normasına nəzarət edilməlidir. Dəniz sahili ərazilərin ayrı-ayrı şəxslər tərəfindən hasarlanması da sanitar normalara əməl edilməsi məsələsini sual altında saxlayır. Dövlətin müvafiq strukturları bu işə nəzarəti gücləndirməlidir”.

Həkim Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

217
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Elektron kreditləşmə iqtisadi aktivliyin artımına imkan verəcək”

3
(Yenilənib 11:06 06.07.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, elektron platforma üzərində kreditlərin verilməsi indiki şərait üçün labüddü
Elnur Sadıqov: “Elektron kreditlərin verilməsi məqsədə uyğundur”

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, pandemiya iqtisadiyyatın bütün sahələrinə, o cümlədən bank sektoruna təsirini göstərib:

“Faktiki olaraq hazırda müştərilərin banklara gəlməsi, sənədləşmə işlərini aparması çətindir. Bu baxımdan elektron platforma üzərində kreditlərin verilməsi indiki şərait üçün labüddür. Elektron kreditlərin verilməsi, hesablaşmaların aparılması daha məqsədə uyğundur. Eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində maliyə çatışmazlığı ilə üzləşən şəxslər, müəssisə və təşkilatlar üçün belə bir platforma iqtisadi aktivliyin artımına imkan verəcək”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
İlqar Orucov

Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”

72
(Yenilənib 11:51 05.07.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara qəbul istiqamətində işlər görülməlidir
İlqar Orucov: “Dövrümüzdə kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir”

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, yeni ixtisaslarla bağlı magistr qəbuluna rast gəlmədiyim üçün təəssüf edirəm:

“Xüsusilə, hazırkı zamanda müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara qəbul istiqamətində işlər görülməlidir. Xarici ölkələrdə müxtəlif ixtisasların kəsişməsi ilə yaranan multidisiplinar istiqamətlərdə təhsil priotet sayılır. Dövrümüzdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir. Düşünürəm ki, bizim ali təhsil müəssisələri də bu istiqamətlərdə işlərini qurmalıdır. Digər ortaya çıxan məqam isə bu istiqamətlərdə təhsilin qurulması üçün peşəkar professor-müəllim kadrlar heyətinin azlığıdır. Bunun da çıxış yolu tələbələrin müvafiq proqramlarla doktorantura pilləsi üzrə inkişaf etmiş ölkələrdə təhsil almasına şərait yaratmaqdır”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

72
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

0
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

0