Azərbaycan Dövlət Dram teatırının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı

“Azdrama” teatr mövsümünə necə yekun vurur

106
(Yenilənib 10:47 06.07.2019)
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyir ki, “Azdrama”nın kollektivi Mahaçqala, Bişkek və Kutaisidə keçirilən festivallarda da ölkəmizi uğurla təmsil edib
Cavid Zeynallı: “Gələn mövsüm yeni əsərlər əsasında premyeraların keçirilməsi planlaşdırılır”

“Akademik Milli Dram Teatrı ənənəvi olaraq teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə başa vuracaq”. Bunu Sputnik Azərbaycan-a “Azdrama”nın 146-cı teatr mövsümündə görülən işlər və növbəti il üçün planlar haqqında danışarkən Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı deyib.

“Yola salmağa hazırlaşdığımız teatr mövsümü kollektivimiz üçün əlamətdar hadisələrlə yadda qaldı. Müxtəlif beynəlxalq festivallarda iştirak, yeni tamaşaların premyerası teatr kollektivinin uğuru kimi qiymətləndirilməlidir. Bu mövsüm 8 tamaşa teatrsevərlərin ixtiyarına verilib. “Azdrama” hər zaman azyaşlı tamaşaçılarına böyük önəm verib. “Azdrama”nın kollektivi Mahaçqala, Bişkek və Kutaisidə keçirilən festivallarda da ölkəmizi uğurla təmsil edib. Növbəti mövsüm üçün Azərbaycan və dünya dramaturgiyasından yeni əsərlər müəyyən olunub və 147-ci mövsümdə onların əsasında premyeraların keçirilməsi planlaşdırılır”, - deyə o bildirib.

Cavid Zeynallının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

106
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Elektron kreditləşmə iqtisadi aktivliyin artımına imkan verəcək”

3
(Yenilənib 11:06 06.07.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, elektron platforma üzərində kreditlərin verilməsi indiki şərait üçün labüddü
Elnur Sadıqov: “Elektron kreditlərin verilməsi məqsədə uyğundur”

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, pandemiya iqtisadiyyatın bütün sahələrinə, o cümlədən bank sektoruna təsirini göstərib:

“Faktiki olaraq hazırda müştərilərin banklara gəlməsi, sənədləşmə işlərini aparması çətindir. Bu baxımdan elektron platforma üzərində kreditlərin verilməsi indiki şərait üçün labüddür. Elektron kreditlərin verilməsi, hesablaşmaların aparılması daha məqsədə uyğundur. Eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində maliyə çatışmazlığı ilə üzləşən şəxslər, müəssisə və təşkilatlar üçün belə bir platforma iqtisadi aktivliyin artımına imkan verəcək”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
İlqar Orucov

Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”

72
(Yenilənib 11:51 05.07.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara qəbul istiqamətində işlər görülməlidir
İlqar Orucov: “Dövrümüzdə kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir”

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, yeni ixtisaslarla bağlı magistr qəbuluna rast gəlmədiyim üçün təəssüf edirəm:

“Xüsusilə, hazırkı zamanda müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslara qəbul istiqamətində işlər görülməlidir. Xarici ölkələrdə müxtəlif ixtisasların kəsişməsi ilə yaranan multidisiplinar istiqamətlərdə təhsil priotet sayılır. Dövrümüzdə informasiya təhlükəsizliyi və kiber təhlükəsizlik sahəsində təhsilə xüsusi önəm verilir. Düşünürəm ki, bizim ali təhsil müəssisələri də bu istiqamətlərdə işlərini qurmalıdır. Digər ortaya çıxan məqam isə bu istiqamətlərdə təhsilin qurulması üçün peşəkar professor-müəllim kadrlar heyətinin azlığıdır. Bunun da çıxış yolu tələbələrin müvafiq proqramlarla doktorantura pilləsi üzrə inkişaf etmiş ölkələrdə təhsil almasına şərait yaratmaqdır”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

72
London, arxiv şəkli

Fərdi sanksiyalar! Britaniya rusiyalılara səudiyyəlilərə qarşı "müharibəyə" başlayır

0
(Yenilənib 23:01 06.07.2020)
Bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq.

BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi "Maqnitski düzəlişi" çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. "Financial Times" yazır ki, sanksiya siyahısında "işgəncə icraçılarının, qatillərin və təcavüzkarların" adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq.

0