Elxan Şahinoğlu

Sanksiyalarla sıxışdırılan İran hansı addımları atacaq - politoloq şərhi

51
(Yenilənib 16:55 05.07.2019)
Atlas Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyir ki, sanskiyaların ağırlığı İranı qonşu ölkələrlə əlaqələri inkişaf etdirməyə sövq edir
Elxan Şahinoğlu: “İranla müharibə bölgəni fəlakətə apara bilər”

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Mutimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Atlas Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlunun İranda keçirdiyi görüşlər və iki ölkə arasındakı münasibətlərin perspektivləri barədə müzakirələr aparılıb.

Politoloq Elxan Şahinoğlu bildirib ki, bizim ölkəmiz bütün qonşularla normal münasibətlərin varlığında və qorunmasında maraqlıdır:

“Azərbaycan Rusiya və İranla birlikdə Şimal-Cənub nəqliyyat dəhlizinin qurulmasında maraqlıdır. Azərbaycan qərblə əməkdaşlıqla birgə, İranla da əlaqələri inkişaf etdirir. Sanksiyalara rəğmən biz münasibətləri inkişaf etdiririk. Sanksiyalara görə İranın vəziyyəti ağırdır. Ona görə çalışır ki, qonşu ölkələrlə əlaqələri inkişaf etdirsin. Avropa sanksiyalarla bağlı İrana verdiyi vədləri yerinə yetirə bilmir. Azərbaycan-İran əməkdaşlığı ABŞ-a qarşı yönəlmədiyi kimi, bizim İsrail və ABŞ-la olan əlaqələrimiz də İrana qarşı deyil. Biz anlayırıq ki, İranla müharibə bölgəni fəlakətə apara bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

51
Sənan Şəfizadə

İdman şərhçisi: “Canni De Byazinin uğur qazanması üçün vaxt lazımdır”

4
(Yenilənib 10:18 14.07.2020)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır
Sənan Şəfizadə: “Yeni baş məşqçinin uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”

“Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm”. Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, Canni De Byazidən təcili, erkən uğur gözləmir:

“Hazırda əsas hədəf Azərbaycan millisinin Millətlər Liqasında uğur qazanmasıdır. İndiki şəraitdə millimizin bu hədəfə çatmasını gözləmirəm. Səbəb isə pandemiya dövründə onsuzda, fiziki cəhətdən formada olmayan oyunçularımızın daha da geriləməsidir. Canni De Byazi hələ Azərbaycan futbolçularını və futbolunu tanımır, uğur qazanmaq üçün ona vaxt lazımdır. Yeni baş məşqçinin millimizdə uğur qazanmaq üçün əlindən gələni edəcəyinə inanıram”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov

Ekspert: “Pandemiya şəraitində Təhsil Nazirliyinin işi mükəmməl təşkil edilib”

8
(Yenilənib 10:38 13.07.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, nazirlik pandemiyanın ilk dövrlərindən etibarən operativ şəkildə alternativləri təqdim etdi
İlqar Orucov: “Müəllimlərin fədakarlığı qiymətləndirilməlidir”

İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib. “Microsoft Teams” onlayn platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1700-dən artıq müəllim və təhsil işçisi qatılıb.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, pandemiya şəraitində Təhsil Nazirliyinin işlərini mükəmməl təşkil etdiyini düşünür: “Nazirlik pandemiyanın ilk dövrlərindən etibarən operativ şəkildə alternativləri təqdim etdi. Bu fəaliyyətdə təhsil ictimaiyyətinin rolu gözə görünməsə də, müəllimlərin dərsləri tədris etmək üçün göstərdikləri fədakarlıq qiymətləndirilməlidir”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
İmtahan, arxiv şəkli

İyulun 20-dən sonra buraxılış qəbul imtahanları keçiriləcək

0
(Yenilənib 11:01 14.07.2020)
İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan 1 həftə əvvəl DİM-in saytında yerləşdiriləcəkdir.

BAKI, 14 iyul – Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 20-dən sonra növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur.

DİM-dən Sputnik Azərbaycan-ya verilən məlumata görə, imtahanlarla əlaqədar tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən son bir ayda ölkə ərazisində buraxılış (qəbul) imtahanları keçirilir. Belə ki, xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən 1 iyun tarixində Nazirlər Kabineti yanında Operativ Qərargaha pandemiya şəraitində imtahanların keçirilməsi ilə əlaqədar tədbirlər planı təqdim olunub və Operativ Qərargah tərəfindən iyunun 10-dan etibarən imtahanların keçirilməsinə icazə verilib. 

Bundan sonra Mərkəz tərəfindən 10, 11, 18, 19 iyun tarixlərində bir sıra şəhər və rayonlarda 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları, 9-cu sinif təhsil bazasında kolleclərə qəbul imtahanları, 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları keçirilib. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda 86385 nəfər iştirak edib. 

İyunun 19-da isə Nazirlər Kabineti tərəfindən müəyyən şəhər və rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunduğu və imtahanların keçirilməsinə icazə verilmədiyi üçün Mərkəz tərəfindən sərtləşdirilmiş rejim tətbiq olunmayan şəhər və rayonların ərazisində imtahanların keçirilməsi üçün yenidən Qərargaha müraciət olunmuş və 24-25 iyun və 2‑3 iyul tarixlərində növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi üçün razılıq əldə olunmuşdur. İyulun 10-da isə sərtləşdirilmiş rejim tətbiq olunmayan 41 şəhər və rayonda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilmişdir. Beləliklə, 1 ay ərzində bu imtahanlarda ümumilikdə 142 mindən artıq şagird (abituriyent) iştirak etmişdir. İlk iki həftə ərzində keçirilmiş imtahanlarda iştirak edən bütün şəxslərin (86385 nəfər) nəticələri artıq elan olunmuşdur. Bundan əlavə 24-25 iyun və 2-3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanları iştirakçılarının (29426 nəfər) da nəticələri elan olunmuşdur. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edən 11-ci sinif şagirdləri və 10 iyulda keçirilən imtahan iştirakçılarının nəticələri də elan edilmiş qrafikə uyğun DİM-in saytına yerləşdiriləcəkdir.

Qeyd etmək istərdik ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID‑19 testindən keçirilib. Məlumat üçün bildiririk ki, görülən qabaqlayıcı tədbirlərin sayəsində indiyə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Nəzərinizə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda buraxılış və qəbul imtahanlarının keçirilməsi üçün də tədbirlər planı hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılır. Belə ki, bu bölgələrdən olan şagirdlərin (abiturieyntlərin) sayı 47000 nəfər təşkil edir. Tədbirlər planı iyulun 14-də keçiriləcək DİM Direktorlar Şurasının iclasında müzakirə olunacaq və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunacaq. Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə iyulun 20-dən sonra növbəti 2 həftə ərzində və hər həftə 2 dəfə olmaqla hazırda sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur. Qeyd olunmalıdır ki, bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək. Həmçinin ali məktəblərə (kolleclərə) sənəd verməyən və buraxılış imtahanlarında iştirak etməyən 11-ci sinif məzunları üçün də sentyabr ayında buraxılış imtahanları keçiriləcək.

İyul ayında keçiriləcək imtahanların dəqiq tarixləri, onların keçiriləcəyi şəhər və rayonlar, eləcə də imtahanlarda iştirak edəcək kontingent haqqında məlumat imtahandan 1 həftə əvvəl DİM-in saytında yerləşdiriləcəkdir.

Daha sonrakı həftələrdə isə sanitar epidemioloji vəziyyətin əlverişli olacağı və Operativ Qərargah tərəfindən icazə veriləcəyi təqdirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin (blok imtahanları) keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda 73000 abituriyentin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahan keçiriləcək tarixlərdə hansısa rayon və şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

İndiki şəraitdə bizim əsas məqsədimiz koronavirusla mübarizə əlehinə görülən tədbirlərə dəstək olmaq və ictimai sağlamlığın qorunub saxlanılmasına töhfə verməkdir. Abituriyentlərin və onların valideynlərinin, eləcə də müəllimlərin narahatlığı başa düşüləndir. Lakin hər bir şəxs bu həssas məqamda səbir nümayiş etdirməli, təşvişə düşməməli və adi qaydada öz imtahanlarına hazırlaşmalıdır. Mərkəz tərəfindən əvvəlki imtahanlarda olduğu kimi, bundan sonra da keçiriləcək imtahanlarda obyektivlik və ədalətlilik prinsipləri qorunmaqla, abituriyentlərin tam təhlükəsiz şəraitdə imtahan verməsi təmin olunacaqdır.

0