Vüqar Zeynalov

Ekspert idmançılarımızın II Avropa Oyunlarında çıxışından danışır

108
(Yenilənib 10:14 24.06.2019)
Azerisport.com saytının direktoru Vüqar Zeynalov deyir ki, bu yarış növbəti idman tədbirlərində idmançılarımızın iştirakı üçün vacibdir

Azərbaycan millisi Belarusun paytaxtı Minskdə start götürən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

Azerisport.com saytının direktoru Vüqar Zeynalov Sputnik Azərbaycan-a deyir ki, Belarusun paytaxtı Minskdə keçirilən budəfəki yarış bir çox idman növləri üçün əhəmiyyət kəsb edir:

“Bu yarış həm də növbəti idman tədbirlərində idmançılarımızın iştirakı üçün vacibdir. Komandamızın uğurlu çıxış edəcəyinə ümid böyükdür. Düzdür, bu dəfə əvvəlki yarışdakından nisbətən kiçik heyətlə təmsil olunuruq. Lakin yarış ərzində idmançılarımızın bir neçə qızıl medal qazancağını düşünürəm”.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci il 12-28 iyun tarixlərində Bakıda keçirilib.

Vüqar Zeynalovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

108