Millət vəkili Fazil Mustafa

Millət vəkili dini radikalizmlə mübarizə üçün təkliflərini verdi

2149
(Yenilənib 16:53 21.06.2019)
Millət vəkili Fazil Mustafa deyir ki, radikalizmlə mübarizə üçün sağlam dini təhsilin verilməsi vacibdir

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Mutimedia Mətbuat Mərkəzində "Radikal dini cərəyanlar: Qadınları təsirlərdən necə qorumalı?" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa bildirib ki, bu gün radikalizmə qarşı mübarizə vacibdir:

“İnsanlar radikal cərəyanlara daha çox sosial şərtlərə görə qoşulurlar. Radikalizmlə mübarizə üçün sağlam dini təhsilin verilməsi vacibdir. Qadınlar dini oxuyaraq, düşünərək yaşamalıdırlar ki, sonradan ziyanlı təsirlərə düşməsinlər. Azərbaycanda təhsilsiz qadın qalmamalıdır. Bütün hədəflər qadınların iqtisadi müstəqilliyinin təmin edilməsinə yönəldilməlidir”.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

2149