Kamran Əsədov

Xarici dildə tədris plan yerlərinin artırılması nəyi dəyişəcək - ekspert şərh edir

117
(Yenilənib 10:37 17.06.2019)
Təhsil eksperti Kamran Əsədov deyir ki, burada hazırlanan kadrlar yeni yanaşma tərzini formalaşdıracaq

2019-2020-ci dərs ili üçün ali məktəblərdə tədrisi ingilis dilində aparılan ixtisaslar və plan yerlərinin sayı artırılıb. Bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, əmək bazarı təkcə tədris dili dövlət dsilində olanlara deyil, eyni zamanda müasir, rəqabətə davamlı davamlı iqtisadiyyatın formalaşması, xidmət sektorunun inkişafı üçün xarici dil biliyi olan kadrlara ehtiyac duyur:

“Bu amilləri nəzər aldığı üçün Təhsil nazirliyi xarici dillərdə tədris olunan ixtisasların sayını artırıb. Bu olduqca müsbət addımdır. Ona görə ki, burada hazırlanan kadrlar yeni yanaşma tərzini formalaşdıracaq. Xarici dildə təhsil vermək üçün mütəxəssislər yetişdirilməlidir. Etiraf edək ki, bir çox universitetlərdə xarici dillərdə tədris etmək üçün müəllimlərin probləri var”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

117