Sədrəddin Soltan

Ruhaninin çağırışı İranı xilas edəcəkmi - politoloq şərh edir

76
(Yenilənib 16:57 16.06.2019)
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, sanksiyalara qarşı Rusiya və Çin İranı müdafiə edə bilər

İran prezidenti Həsən Ruhani Avropanı ABŞ-ın İrana qarşı iqtisadi terrorizminə mane olmağa çağırıb. Ruhani bu haqda Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Hayko Maasla danışıqların gedişatında bildirib.

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnik Azərbaycan-a deyir ki, ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyalar həlqəsini daraldır:

“Bununla yanaşı ABŞ bölgədə hərbi gücünü də genişləndirir. İrana qarşı həm hərbi, həm iqtisadi, həm də siyasi sanksiyalar artmaqdadır. Bu sanksiyalara qarşı Rusiya və Çin İranı müdafiə edə bilər. İran hakimiyyətinin yolu ABŞ ilə barışmaqdır. İran hazırkı vəziyyətdən çıxmaq üçün ABŞ-ın təklif etdiyi şərtləri qəbul etməlidir. Yaxın dövrdə İranda çox ciddi hadisələrin baş verəcəyi ehtimalı artır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

76