Политолог Заур Мамедов

Politoloq: “ABŞ-Türkiyə münasibətləri geosiyasi proseslərdən asılıdır”

32
(Yenilənib 10:22 12.06.2019)
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, ABŞ S400-lərin alınmasını Yaxın Şərq siyasətinə təhdid kimi görür

Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ Nümayəndələr Palatasında ABŞ-Türkiyə ittifaqına dair qəbul edilən qərarla bağlı yaydığı açıqlamada qərarın Türkiyə-ABŞ arasındakı dostluq və müttəfiqlik münasibətlərinə zidd olduğu bildirilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, baş verənlər ABŞ və Türkiyə arasında milli maraqların toqquşduğu məqamların olduğunu göstərir:

“ABŞ S400-lərin alınmasını Yaxın Şərq siyasətinə təhdid kimi görür. Eyni zamanda, Türkiyə də bu komplekslərin alınmasının qərb koalisiyasının Yaxın Şərqdəki fəaliyyətinə üstünlüklər yaradacağını düşünür. Türkiyə-ABŞ münasibətlərinin taleyi baş verəcək geosiyasi proseslərdən asılıdır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

32