Orxan Bahadırsoy

Azərbaycan serialları niyə “Çernobıl” ola bilmir - Orxan Bahardırsoy danışır

2877
(Yenilənib 10:08 11.06.2019)
Yazıçı Orxan Bahadırsoy deyir ki, seriallarda ssenarilərin oxşarlığı, kriminal motivlər üzərində qurulması potensial yetərsizliyindən irəli gəlir
Orxan Bahadırsoy: “Yerli tamaşaçı üçün fəlsəfə, psixologiya maraqlı deyil”

Dünyada, o cümlədən Azərbaycanda böyük maraqla qarşılanan və böyük izləyici kütləsi toplaya bilmiş “Çernobıl” serialı yerli seriallarımızın keyfiyyət məsləsini yenidən gündəmə gətirib.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan yazıçı Orxan Bahadırsoy deyib ki, hazırda çəkilən seriallarda ssenarilərin oxşarlığı, kriminal motivlər üzərində qurulması potensial yetərsizliyindən irəli gəlir:

“Yetərincə mövzu var və onlara uyğun ssenarilər yazmaq mümkündür. Ancaq həmin mövzulardan yaza biləcək şəxslər ya kənara çəkilib, ya da bazarın tələblərinə uyğunlaşıblar. Hazırkı ssenariləri yazanların kriminal motivlərdən istifadə etməsi özənmədən irəli gəlir. Sabitliyin hökm sürdüyü ölkədə filmlərdə belə motivlərdən istifadəyə qarşı dövlət qurumları da tədbir görməlidir. Ümumiyyətlə düşünürəm ki, yerli tamaşaçı üçün fəlsəfə, psixologiya maraqlı deyil” - deyə o bildirib.

Orxan Bahadırsoyun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

2877
Elşad Məmmədov

Azərbaycan iqtisadiyyatı maliyyə amnistiyasından qazanclı çıxa bilərmi professor danışır

26
(Yenilənib 11:36 05.06.2020)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, amnistiyaya düşən kapital ölkə iqtisadiyyatının inkişafına yönəldilməlidir
Elşad Məmmədov: “Amnistiya xatirinə amnistiya verilməməlidir”

“Maliyyə amnistiyasının verilməsinin effektiv olması üçün konkret şərtlər müəyyənləşdirilməlidir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, amnistiyaya düşən kapital ölkə iqtisadiyyatının inkişafına yönəldilməlidir: “Bunun üçün müvafiq normativ hüquqi aktlarda bu barədə konkret müddəaların əks olunması zəruridir. Çünki kapital sahiblərinin buna maraq göstərməməsinin şahidi ola bilərik. Yəni amnistiya xatirinə amnistiya verilməməlidir”.

Qeyd edək ki, deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə və əmlak amnistiyası ilə bağlı görülən işlərin sürətləndirilməsinin vacib olduğunu bildirib.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

26
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev

Turizmin bərpası üçün hansı işlər görüləcək - Fuad Nağıyev açıqladı

33
(Yenilənib 10:48 04.06.2020)
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyir ki, ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq
Fuad Nağıyev: “Xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”

“Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlara həsr olunan “Bərpaya doğru yol” videokonfransında deyib.

“Azərbaycan turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpası, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır. Post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”, – deyə Fuad Nağıyev bildirib.

Fuad Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

33
Stadler qatarı, arxiv şəkli

Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti dayandırılır

0
Bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.

BAKI, 5 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyindən məlumat verilib.

Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.

0