Müslüm İbrahimov

Kənd təsərrüfatının prioritet sahəyə çevrilməsi Azərbaycana verəcək

88
(Yenilənib 15:13 09.06.2019)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, sənaye üçün xammalın istehsalı bizim dünya bazarına çıxmağımız üçün imkanlar yaradacaq

“Deloitte” şirkətinin hazırladığı “Business Outlook in Azerbaijan” hesabatında növbəti beş il ərzində Azərbaycanda intensiv inkişaf edəcək qeyri-neft sektorunun əsas sahələrinin müəyyənləşdirilməsi ilə bağlı sorğunun nəticələri yer alıb. Sorğunun nəticələrinə əsasən, respondentlərin 69 faizi kənd təsərrüfatının, 60 faizi turizmin qeyri-neft sektorunda daha çox inkişaf edəcəyini bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, texniki məhsulların istehsalı kənd təssərrüfatının inkişafına səbəb olacaq: “Bu Azərbaycanda aqro-biznes sisteminin formalaşmasına imkan verəcək. Texniki məhsulları istehsal edərək biz həm kənd təsərrüfatı, həm də sənayeni bir-biri ilə əlaqələndirmiş olacağıq. Sənaye üçün xammalın istehsalı bizim dünya bazarına çıxmağımız üçün imkanlar yaradacaq. Bu da özlüyündə xarici investitsiyaların cəlb olunmasına şərait yaradacaq. Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi məsələlərinin həllinə də imkan verəcək”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

88