Sputnik Azərbaycan Multimedia Mərkəzində intiharların qarşınını alınmasına həsr edilmiş tədbir

18 yoxsa 21? Yetkinlik yaşı artırılmalıdırmı - ekpert danışır

117
(Yenilənib 16:59 08.06.2019)
Psixoloq Azad İsazadə deyir ki, yaş qadağaları ilə alkoqolun qarşısını almaq çətindir

Rusiyada uşaqlıq yaş həddinin 18-dən 21-ə qaldırmaq təşəbbüsü irəli sürülür. Səhiyyə Nazirliyindən bildirilib ki, bu təklif erkən yaşlarda uşaqlarda içki və tütün kimi zərərli vərdişlərin formalaşmaması üçün mübarizə məqsədlidir.

Psixoloq Azad İsazadə Sputnik Azərbaycana deyir ki, alkoqolla mübarizə üçün uşaqlıq yaş həddinin artırılması faydasız ideadır:

“Bu yaş həddinə gəlib çatmış insan qadağalara baxmayaraq içki içəcək. Əgər qadağalara görə içki əldə edə bilməsə, bu ehtiyyacını müxtəlif yollarla qarşılayacaq. Yaş qadağaları ilə alkoqolun qarşısını almaq çətindir. ABŞ-ın bir neçə ştatında  və bəzi Avropa ölkələrində 21 yaşa çatmamış şəxslərə içki satışı qadağandır. Düşünürəm ki, alkoqolla mübarizə aparmaq üçün yaş həddinin artırılmasındansa, qanunların olduğu kimi tətbiq olunması vacibdir”.

Azad İsazadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

117