Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Azərbaycanda hansı qidalar daha çox təhlükəlidir ekspert şərhi

92
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, standartlara uyğun olmayan və müxtəlif brendlərlə qablaşdırılmış spirtli içkilər əhaliyə satılır

“Biz maksimum çalışırıq ki, havaların isti keçməsi bizim qidaları təhlükəli hala salmasın ki, əhalinin sağlamlığı təhdid altında qalmasın”. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, təhlükəli və standartlara uyğun olmayan qidalar ilk növbədə spirtli içkilər bazarındadır:

“Düşünürəm ki, bu sahəyə nəzarət funksiyası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. Əhaliyə standartlara uyğun olmayan və müxtəlif brendlərlə qablaşdırılmış spirtli içkilər satılır. Bu, xüsusən də, şadlıq evlərində geniş yayılıb. Təhlükənin mövcud olduğu ikinci sahə süd və süd məhsullarıdır. Bu məhsulların hazırlanması prosesində standartların pozulması, tərkibinə kimyəvi maddələrin vurulması halları müəyyən edilib. Qida sahəsində problemlərin  olması aptek şəbəkələrində özünü göstərir. Qida Təhlükəsizliyi Agentliyi bütün bu problemləri həll etməlidir”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

92