Azər Həsrət

Ekspert “Hökumət buludu”nun yaradılmasının zərurətindən danışır

75
(Yenilənib 10:33 07.06.2019)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, dövlət səviyyəsində bunun tətbiqi və geniş istifadəsi məqsədə uyğundur

Prezident İlham Əliyev “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlə haqqında” fərman imzalayıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, informasiya təhlükəsizliyinin ciddi problem olduğu bir dövrdə “bulud” texnologiyalarından istifadə etmək yerinə düşür:

“Dövlət səviyyəsində bunun tətbiqi və geniş istifadəsi məqsədə uyğundur. Ölkəmizdə elektron hökumət quruculuğu sürətlə həyata keçirilir. Bu baxımdan hər hansı təhlükə yarandığı zaman hökumət qurumlarının çökməsi və ya fəaliyyətsiz vəziyyətə düşməsi imkanları yaranır. Ona görə də, alternativ imkanlardan istifadə edilməli olduğu düşünülür. Bu gün hökumət “bulud” texnologiyalarından geniş istifadə etmək məqsədi güdür. Bu həm də böyük informasiya yükünün çəkilməsi üçün əlavə imkanlar yaradır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

75