Qoşqar Səlimli, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi

Qoşqar Səlimli: “Oruc Allaha təşəkkür etməkdir”

83
(Yenilənib 16:22 06.06.2019)
İlahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli deyir ki, Ramazan bayramı insanların bir-birinə daha da yaxınlaşmasına şərait yaradır

“Ramazan ayının bizim həyatımızda əhəmiyyətli rolu var”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli deyib. O bildirib ki, insanlar Ramazan ayı boyunca bəzi şeylərdən uzaq durmaqla digər 11 ayın sədəqəsini verirlər:

“Bu ibadət bir mənada Allaha təşəkkür etməkdir. Ramazan bayramı insanların bir-birinə daha da yaxınlaşmasına şərait yaradır. Ramazan insanların birləşməsinə, onların arasında ünsiyyətin qurulmasına səbəb olur”.

Qeyd edək ki, bu il Ramazan bayramı iyunun 5-6-da qeyd olunacaq.

İlahyyatçı Qoşqar Səlimlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

83