Samir Dübəndi

Mənzil icarəyə verənlər niyə vergi ödəmir - ekspert danışır

46
(Yenilənib 11:49 06.06.2019)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, mövcud mənzil fondu kiçik və orta sahibkarlığa rəqib kimi formalaşıb

“Mənzillərin kirayə verilməsində tənzimləyici mexanizmlər olmalıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında  DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bilidirib.

Onun sözlərinə görə, hazırda mövcud mənzil fondu kiçik və orta sahibkarlığa rəqib kimi formalaşıb: “Düşünürəm ki, bununla da ədalətsiz vəziyyət yaranmış olur. Çünki mənzil icarəyə verilərkən onun hər hansı xərcləri olmur. Amma bir çox xərclər otellər üçün qaçılmazdır. Bu baxımdan mənzillərini icarəyə verənlər “qara zonada”dır. Yəni, heç vaxt vergi ödəmirlər, bu da ədalətsiz vəziyyətin yaranmasına səbəb olur”.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bu ildən mikro sahibkarlıq subyektlərinə əmlak vergisindən azadolmaların tətbiqinə başlanılıb. Bununla yanaşı, sahibkarlara 75 faiz gəlir vergisi güzəşti verilib, əməkhaqqının 8 min manatadək olan hissəsi vergiyə 0 dərəcə ilə cəlb edilir. Bu güzəşt və azadolmalar turizm sektorunu da əhatə edir.

Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

46