UNEC-in professoru Elnur Sadıqov

Bankların kapitallaşması bir nömrəli problem olaraq qalır - professor şərhi

31
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, banklarda aktivləin artması bankların dayanıqlılığı həm də Azərbaycan iqtisadiyyatına təsir imkanlarını göstərir

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 769,1 milyon manat təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 0,3% az, ötən il mayın 1-nə nisbətən isə 7,7% çoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, bank sistemində kommersiya banklarının rolu əvəzsizdir:

“Bu gün bankların kapitallaşması bir nömrəli problem olaraq qalır. Banklarda aktivləin artması həm onların dayanıqlılığını, həm də Azərbaycan iqtisadiyyatına təsir imkanlarını göstərir. Sözsüz ki, bu gün bankların aktivləri yetərincədir. Ancaq o aktivlərdən doğru şəkildə istifadə olunması banklar üçün çox zəruridir”.

Qeyd edək ki, son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 45,75% azalaraq 248,2 milyon manata düşüb.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

31