Adil Hüseynov

Teoloq: “İnsan yığdığı pulları Allah yolunda paylaşmağı bacarmalıdır”

23
(Yenilənib 12:42 05.06.2019)
Teoloq Hacı Adil Hüseynov deyir ki, insan oruc tutaraq təqva sahibi olur ki, üzərinə düşən fərdi vəzifələrindən başqa ictimai vəzifələrini də başa düşə bilsin

İslamda Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada “on bir ayın sultanı” da adlandırırlar. Müqəddəs kitab olan Quran-ı Kərim məhz Ramazan ayının axırıncı on gecəsindən birində insanlığa göndərilib.

Teoloq Hacı Adil Hüseynov Sputnik Azərbaycana deyir ki, orucluq İslamdan öncə də mövcud olub:

“Orucluğa müxtəlif yanaşma tərzləri var. Hər insan çalışır ki, orucluğu və Ramazanı öz dünyagörüşü çərçivəsində qəbul etsin. Təqva sahibi olmaq üçün orucluq ən mühüm vasitələrdən biridir. İnsan oruc tutaraq təqva sahibi olur ki, üzərinə düşən fərdi vəzifələrindən başqa ictimai vəzifələrini də başa düşə bilsin. Yəni, mən tək bu gün acamsa, bütün günlər ac olan insanlar var, bütün günlərdə ehtiyacı olan insanlar var. Mən yığdığım pulları nə qədər çox istəsəm də, onları Allah yolunda verməyi də istəməliyəm, çünki mən təqva sahibiyəm”.

Teoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

23