Qadın Liderliyi Uğrunda İctimai Birliyinin sədri Ülkər Abdullayeva

Ramazan orucunun fəlsəfəsi təkcə yeməkdən imtina etmək deyil

632
“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyir ki, insanlar orucun dərin fəlsəfəsini anlamalıdırlar

“İslam dini insanlara yaxşı əməlləri etməyə təşviq edir”. Bunu Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Ramazanın müasir Azərbaycan cəmiyyətindəki roluna və əhəmiyyətinə dair keçirilən tədbirdə “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib.

“Ramazanda tutulan oruc təkcə yemək yeməmək məsələsində dözümlü olmaq anlamına gəlmir. Bu ay insanlara qeybət etməyin doğru olmadığını, pis əməllərdən çəkinməyi, insanları mərhəmətlə yanaşıb empati qurmağa təşviq edir. Düşünürəm ki, insanlar orucun dərin fəlsəfəsini anlamalıdırlar. Bu gün cəmiyyətdə qarşılaşılan problemlərdən biri də insanların empati qura bilməməsidir. Hər bir insan qarşısındakı şəxsin seçimlərinə hörmətlə yanaşmalıdır ki,  bu cəmiyyətə də sirayət etsin.  O baxımdan, İslamın və orucun bu fəlsəfəsi çox önəmlidir”.

Qeyd edək ki, Şəvval ayının 1-i, yəni iyunun 5-i Fitr bayramıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramıdır.

Ülkər Abdullayevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

632