Политолог Арзу Нагиев

ABŞ-İran danışıqları başlayacaq, yoxsa müharibə - politoloq şərh edir

122
(Yenilənib 10:09 04.06.2019)
Politoloq Arzu Nağıyev deyir ki, Avropa İttifaqının təşkilatçılığı ilə ABŞ və İran arasında danışıqlar baş verə bilər

“Onlar (ABŞ - red) bir vaxtlar bizdən hərbi cəhətdən güclü olanda təhdid edirdilər. Bu gün İranla müharibə etməyəcəyini, ancaq atom bombasının bizdə olmamasını istəyirlər. Əlbəttə ki, bu sözlər əsassızdır”. Bunu İran prezidenti Həsən Ruhani həmkarı Amerika lideri Donald Trampın ABŞ-ın Tehrandan nüvə silahının olmasının qarşısını almaq cəhdləri ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, İranın verdiyi bəyanatlara baxmayaraq, hazırda ABŞ və Avropa İttifaqı arasında bu məsələ ilə bağlı danışıqlar gedir: “Avropa İttifaqı çalışır ki, İranı sazişdən çıxmağa qoymasın. Yaranmış vəziyyətdən böyük müharibənin qoxusu gəlməsə də, lokal qarşıdurmaların baş verməsi labüddür. Düşünürəm ki, Avropa İttifaqının təşkilatçılığı ilə ABŞ və İran arasında danışıqlar baş verə bilər”.

Qeyd edək ki, 2015-ci il iyulun 15-də İranla “altılıq” ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Çin və Rusiya) arasında rəsmi Tehranın nüvə proqramına dair imzalanıb. Avropa İttifaqının ali nümayəndəsi, Almaniya, Britaniya və Fransanın xarici işlər naziriləri birgə bəyanat yayaraq, İranın nüvə anlaşmasındakıə öhdəliklərinin yerinə yetirməyə çağırıblar.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

122